SON XƏBƏRLƏR

ABŞ-da təyyarə “A” qripi təhlükəsi ilə əlaqədar məcburi eniş edib (YENİLƏNİB)

2021.10.20, 07:36
ABŞ-da təyyarə “A” qripi təhlükəsi ilə əlaqədar məcburi eniş edib (YENİLƏNİB)

Gunaz.tv
ABŞ-da təyyarə “A” qripi təhlükəsi ilə əlaqədar məcburi eniş edib (YENİLƏNİB) Boston hava limanına enən təyyarədə məcburi karantin elan edilib, heyət üzvləri və sərnişinlər bayıra buraxılmayıb Meksikadan yayılmağa başlamış H1N1 virusu ilə bağlı müxtəlif ölkələrdə ciddi təşviş yaranıb. Honkonqda virusa bir neçə yoluxma halı üzündən 300 qonağın olduğu bütöv bir oteldə karantin elan edilib. ABŞ-da isə “A” qripi şübhəsi ilə əlaqədar təyyarə məcburi eniş edib. ANS PRESS, "Reuters" agentliyinə istinadən xəbər verir ki, təyyarə Münhendən Vaşinqtona uçurmuş. Təyinat məntəqəsinə bir saat qalmış qadın sərnişinlərdən biri stüardessaya müraciət edib. O bildirib ki, səhhəti pisləşib və özündə yüksək temperatur, baş ağrısı və titrətmə hiss edir. Bundan sonra təyyarənin göyərtəsində təşviş yaranıb. Heyət kapitanı yaxınlıqdakı Boston hava limanına eniş üçün icazə istəyib. Hava limanındakı isə təyyarəni həkim və polis əməkdaşları mühasirəyə alıb və qadın təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Digər sərnişinlər və heyət üzvləri isə təyyarədən buraxılmayıb. Faktiki olaraq məcburi karantin elan edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar