SON XƏBƏRLƏR

GÜNEYİN ƏN MƏŞHUR AZƏRBAYCANLI TƏRCÜMƏÇİSİ VƏFAT EDİB

2021.10.20, 07:36
GÜNEYİN ƏN MƏŞHUR AZƏRBAYCANLI TƏRCÜMƏÇİSİ VƏFAT EDİB

Gunaz.tv
GÜNEYİN ƏN MƏŞHUR AZƏRBAYCANLI TƏRCÜMƏÇİSİ VƏFAT EDİB Rza Seyid Hüseyni GÜNEYİN ən məşhur tərcüməçisi, milliyyətcə Azərbaycan türkü olan yazıçı, ədəbiyyatşünas Rza Seyid Hüseyni uzun sürən xəstəlikdən sonra mayın 1-də vəfat edib. “Media forum” saytının məlumatına görə, R.S.Hüseyni əsasən türk və fransız dillərindən fars dilinə tərcümələr edib. “Ədəbi məktəblər” əsəri ilə dünyanın müxtəlif ədəbi janrlarını araşdıraraq oxuculara tanıtdırmaqla şöhrət qazanan R.S.Hüseyni dünyanın 41-ə qədər məşhur əsərini fars dilinə çevirib. Həmin əsərlər sırasında fransız yazıçıları Alber Kamü, Andre Malro və Jan Pol Sartrın, türk yazarları Nazim Hikmət, Yaşar Kamal, Lətifə Təkinin əsərləri xüsusi yer tutur. Əslən Ərdəbildən olan R.S.Hüseyni 83 yaşında, Tehranın “İranmehr” xəstəxanasında dünyasını dəyişib. Allah rəhmət eləsin!

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar