SON XƏBƏRLƏR

Əli Babacan Türkiyə Xarici siyasət idarəsiylə vidalaşdı

2021.10.20, 07:36
Əli Babacan Türkiyə Xarici siyasət idarəsiylə vidalaşdı

Gunaz.tv
Əli Babacan Türkiyə Xarici siyasət idarəsiylə vidalaşdı Türkiyənin xarici işlər naziri Əli Babacan, enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər də Kabinetin yeni tərkibində yoxdur ürkiyənin Nazirlər Kabinetində dəyişikliklər olub. APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə baş nazir Rəcəb Tayyip Ərdoğan mətbuat konfransında bildirib. Açıqlamaya görə, Türkiyə Böyük Millət Məclisinin sədri Bülənt Arınc baş nazirin müavini, dövlət naziri təyin olunub. Türkiyənin xarici işlər naziri Əli Babacanı isə Əhməd Davudoğlu əvəz edib. Türkiyənin sosial təhlükəsizlik naziri vəzifəsini bundan sonra ömər Dinçər daşıyacaq. Yeni sənaye və ticarət naziri isə Nihat Ergündür. Ədliyyə naziri Sadullah Ergin, təhsil naziri isə Nimət çubukçudur. Hilmi Güləri isə enerji və təbii ehtiyatlar naziri vəzifəsində Taner Yıldız əvəzləyəcək. Faruq Nafiz özak, Hayati Yazıcı isə dövlət nazirləri olublar. Qeyd edək ki, yeni Kabinetdə hazırda vəzifə daşıyan nazirlərin bir qismi də təmsil olunub. Dövlət nazirləri Cəmil çiçək, Mehmet Aydın, Egemen Bağış, müdafiə naziri Vəcdi Gönül, daxili işlər naziri Bəşir Atalay, səhiyyə naziri Rəcəb Akdağ, rabitə naziri Binali Yıldırım, kənd təsərrüfatı naziri Mehdi Eker, mədəniyyət və turizm naziri Ərtuğrul Günay, ekologiya naziri Veysel Eroğlu vəzifələrində qalıblar. *** APA-nın xəbərinə görə, Türkiyə Nazirlər Kabinetinin yeni tərkibi belədir: Dövlət nazirləri və baş nazirin müavinləri: Cemil çiçek, Bülent Arınç, Əli Babacan Dövlət nazirləri: Egemen Bağış, Hayati Yazıcı, Mehmet Aydın, Faruk Nafiz özak, Mehmet Zafer çağlayan, Faruk çelik, Cevdet Yılmaz, Selma Aliye Kavaf Ədliyyə naziri: Sadullah Ergin Müdafiə naziri: Vecdi Gönül Daxili işlər naziri: Bəşir Atalay Xarici işlər naziri: Əhməd Davutoğlu Maliyyə naziri: Mehmet Şimşek Təhsil naziri: Nimet çubukçu Tikinti və infrastruktur naziri: Mustafa Demir Səhiyyə naziri: Recep Akdağ Rabitə naziri: Binali Yıldırım Kənd təsərrüfatı naziri: Mehmet Mehdi Eker Əmək və sosial müdafiə naziri: ömer Dinçer, Sənaye və ticarət naziri: Nihat Ergün Enerji və təbii ehtiyatlar naziri: Taner Yıldız Mədəniyyət və turizm naziri: Ertuğrul Günay Ətraf mühit və ekologiya naziri: Veysel Eroğlu Yeni Kabinetdən kənarda qalan nazirlər isə bunlardır: dövlət naziri və baş nazirin müavini Nazım Ekren, dövlət nazirləri Murat Başesgioğlu, Kürşad Tüzmen ve Said Yazıcıoğlu, maliyyə naziri Kamal Unakıtan, təhsil naziri Hüseyn çelik, ədliyyə naziri Mehmet Ali Şahin, enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar