SON XƏBƏRLƏR

GƏNC RƏSSAM 6 İL HƏBSDƏ SAXLANDIQDAN SONRA DAR AĞACINDAN ASILIB

2021.10.20, 07:36
GƏNC RƏSSAM 6 İL HƏBSDƏ SAXLANDIQDAN SONRA DAR AĞACINDAN ASILIB

Gunaz.tv
GƏNC RƏSSAM 6 İL HƏBSDƏ SAXLANDIQDAN SONRA DAR AĞACINDAN ASILIB Dilara Darabi 17 yaşında ikən sevdiyi oğlanla birlikdə qohumunun qətlində günahlandırılaraq tutulub ölüm cəzasına məhkum edilən rəssam Dilara Darabi 6 il həbsdə saxlandıqdan sonra bu gün Rəşt şəhərinin mərkəzi zindanında dar ağacından asılıb. “Media forum” saytının məlumatına görə, Dilara Darabi tutularkən qətli törədən sevgilisini ölümdən qurtarmaq üçün cinayəti öz üzərinə götürsə də, sonradan günahsız olduğunu və qətldə iştirak etmədiyini vurğulamışdı. Beynəlxalq təşkilatlar və ölkənin incəsənət xadimləri ölkə rəsmilərinə müraciət edərək edamın dayandırılmasını tələb etmişdilər. D.Darabinin vəkili Əbdülsəməd Xürrəmşahi “Azadlıq” radiosunun fars redaksiyasına açıqlamasında müvəkkilinin günahsızlığına dair dəlil və sübutlar olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar