SON XƏBƏRLƏR

ERMƏNİ «SOYQIRIM»ı TANIMAYAN AMERİKALI KONQRESMENİ ŞƏRLƏDİ

2021.10.20, 07:36
ERMƏNİ «SOYQIRIM»ı TANIMAYAN AMERİKALI KONQRESMENİ ŞƏRLƏDİ

Gunaz.tv
ERMƏNİ «SOYQIRIM»ı TANIMAYAN AMERİKALI KONQRESMENİ ŞƏRLƏDİ Jan Şmidt: «1915-ci il hadisələri soyqırım deyil və bunu ABŞ alimləri də bildirirlər» ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Ohayo ştatından seçilmiş Jan Şmidt uydurma «erməni soyqırımı»nı tanımadığı üçün ona şər atan erməni haqqında rəsmi şikayət edəcək. APA-nın «Milliyet» qəzetinə istinadən yaydığı məlumata görə, J. Şmidt ötən il noyabrın 4-də keçirilən seçkilərdə rəqibi olmuş David Qriqoryan haqqında Ohayo seçki komitəsinə rəsmi şikayətlə müraciət etməyə qərar verib. Səbəb seçki kampaniyası zamanı D. Qriqoryanın onu «soyqırım»ın inkarı üçün türklərdən pul almaqda ittiham etməsidir. J. Smidt bildirib ki, 1915-ci il hadisələrini soyqırım kimi qiymətləndirmək doğru deyil: «Konqresin üzvü kimi heç vaxt «erməni soyqırımı» haqqında layihələrə səs verməmişəm. Hər zaman hesab etmişəm ki, bu məsələ Konqresin problemi deyil. Bu problemin birdəfəlik həlli üçün mütəxəssislərdən ibarət müstəqil beynəlxalq komissiyanın yaradılması fikrini dəstəkləyirəm". J.Şmidt xatırladıb ki, ABŞ-ın bir sıra nüfuzlu alimləri də 1915-ci ildə baş vermiş faciəvi hadisələr üçün «soyqırım» ifadəsinin istifadəsinin doğru olmadığını bəyan ediblər. Bu alimlər arasında Prinston Universitetindən məşhur tarixçi Bernard Levis və Norman İtzkovits, Kaliforniya Universitetindən Stenford Şav, Lusvill Universitetindən Justin Makkarti, Massaçusets Universitetindən Günter Levi və Brayan Uilyams, Boston Universitetindən David Fromkin, Brandis Universitetindən Aviqdor Levi, Tennessi Texniki Universitetindən Maykl Günter, Corc Vaşinqton Universitetindən Roderik Davidson, «Hunter» Kollecindən Pyer Oberlinq, Xarici Siyasət Araşdırmaları İnstitutundan Maykl Radu və hərbi tarixçi Edvard Erikson kimi elm adamları var. J.Şmidt onun seçki kampaniyasına dəstək vermiş şəxslərin Türkiyə hökuməti ilə əlaqəsinin olmadığını göstərən sənədləri də şikayətinə əlavə edərək D. Qriqoryanın seçki qanunlarını qəsdən pozduğunu bildirib və cəzalandırılmasını istəyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar