SON XƏBƏRLƏR

MÜHARİBƏ ÇAĞIRIŞLARINI RƏSMİLƏR NECƏ QİYMƏTLƏNDİRİR?

2021.10.20, 07:36
MÜHARİBƏ ÇAĞIRIŞLARINI RƏSMİLƏR NECƏ QİYMƏTLƏNDİRİR?

Gunaz.tv
MÜHARİBƏ ÇAĞIRIŞLARINI RƏSMİLƏR NECƏ QİYMƏTLƏNDİRİR? Eldar Sabiroğlu: “Azərbaycan ordusu hər an müharibəyə hazırdır” Elxan Poluxov: “Azərbaycanın işğal altındakı ərazilərinin boşaldılması üçün bütün üsullardan istifadə olunacaq” Regionda baş verən hadisələrin fonunda Azərbaycan üçün də yeni situasiya yaranıb. Söhbət ondan gedir ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşdırılmasından dolayı bölgə ilə bağlı gedən proseslər Qarabağ münaqişəsinin hərbi yolla həllini diqtə etməyə başlayıb. Artıq bununla bağlı ölkə başçısına müraciət də ünvanlanıb. İndi ictimaiyyət arasında bu suala daha çox rast gəlinir: Azərbaycan müharibəyə hazırdırmı? Bununla bağlı ötən sayımızda hərbi ekspertlərin rəylərini almışıq. Hərbi Dənizçilik Akademiyasının sabiq rəisi Canmirzə Mirzəyev bildirib ki, umumiyyətlə, Azərbaycan müharibənin, yaxud lokal əməliyyatların başlamasına hər an hazır olmalıdır. O, rəsmilərin bəyanatına əsaslanaraq Azərbaycanın döyüşə hazır olduğunu bildirib. Vaxtilə Tərtər batalyonunun komandiri olmuş Sərdar Həmidov da qeyd edib ki, ordudakı nizam-intizamı bir qədər də artırsaq, 100 faiz qalib gələ bilərik... Bəs rəsmi qurumlar bu barədə nə deyirlər? Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu qeyd etdi ki, Azərbaycanın təcavüzə məruz qaldığını bütün dünya bilir: “Torpaqlarımızın işğaldan azad edilməsi haqqı da Azərbaycanın özündədir. Lakin hələlik sülh danışıqları davam edir, mənim fikrimcə, bu imkanlar tükənməyib. Ancaq vəziyyət dalana dirənəndə Azərbaycan xalqı, dövləti öz torpaqlarını hərbi yolla azad edəcək. Bizim silahlı qüvvələrimiz müharibəyə hazır vəziyyətdədir. Azərbaycan ordusu hər an müharibəyə hazırdır. Bunu hər kəs bilsin”. Maraqlıdır, sülh danışıqlarını həyata keçirən Xarici İşlər Nazirliyi müharibə çağırışlarının fərqindədirmi? Onlar bu barədə hansısa fikir mübadiləsi aparıblarmı? Ümumiyyətlə, XİN müharibə variantını necə qiymətləndirir? XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirdi ki, bu məsələlərlə bağlı ölkə başçısının bəyanatı olub: “Həmin bəyanatda bildirilir ki, Azərbaycan sülh danığıqlarına üstünlük verir, biz bu prosesi davam etdiririk. Ancaq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması üçün tələb olunan bütün üsullardan istifadə ediləcək. Ölkəmizin müharibəyə hazır olması məsələsinə dair sualın Müdafiə Nazirliyi tərəfindən cavablandırılması daha doğru olardı. Biz xarici siyasət idarəsi olaraq ölkə başçısının tapşırığı ilə danışıqlar prosesində iştirak edirik”. Elşad MƏMMƏDLİ musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar