SON XƏBƏRLƏR

Fars şovinistləri qaşınmayan yerdən qan çıxarmağa çalışır

2021.10.20, 07:36
Fars şovinistləri qaşınmayan yerdən qan çıxarmağa çalışır

Gunaz.tv
Fars şovinistləri qaşınmayan yerdən qan çıxarmağa çalışır "Əsas məqsəd ABŞ və Qərbin İran adlanan yerə qarşı iqtisadi sanksiyalarının əhəmiyyətsiz olduğunu göstərməkdir" İran adlanan yer Azərbaycan neftinin öz ərazisindən nəqli təklifini irəli sürüb. İran adlanan yerin Milli Neft Emalı və Neft Ticarəti Şirkətinin (HİORDC) korporativ planlaşdırması üzrə icraçı direktoru Cəlil Salari deyib ki, hazırda Heka-Cask xəttiylə ən azı 300 min barelə kimi Azərbaycan neftini təhvil ala bilərlər. O xatırladıb ki, Gürcüstanda baş vermiş hadisələr zamanı Azərbaycan neftinin bir hissəsi Heka-Cask vasitəsiylə daşınıb: "Azərbaycan neftinin İran adlanan yerlə daşınması qısa və az vəsait tələb edən yoldur. Biz Hekada Azərbaycan neftini iki cür istifadə edə bilərik. Həm nefti ala, həm də "sivop" formasında işlədə bilərik. Azərbaycan xam neftinin Tehran, Təbriz və İsfahan neft emalı zavodlarında emalı imkanı mövcuddur. Bundan başqa, İran adlanan yerin şimal hissəsində tikilməkdə olan "Kaspian" neft emalı zavodunun gələcək potensialında da bunu nəzərə almışıq. Ən yaxşı yol budur ki, Orta Asiya və qonşu ölkələrin xam nefti həmin zavodda emal olunsun, elə region bazarlarında da istifadə edilsin. Ümid edirik ki, İran adlanan yerin şimalında yerləşən "Kaspian" neft emalı zavodu ilə Azərbaycanın neft şirkəti arasında uzunmüddətli müqavilə imzalayacağıq. Biz bu sahədə müzakirələr aparmağa hazırıq". Cəlil Salari deyib ki, İran adlanan yerin Heka boru kəməri sutkada 370 min barel neft nəql etmək imkanına malikdir: "Biz iki ədəd nasos stansiyası quraşdırmaqla boru kəmərinin nəqletmə potensialını sutkada 500 min barelə çatdıra bilərik. Bundan başqa, biz araşdırma aparmışıq ki, Heka-Cask boru kəmərinin nəql imkanını iki faza çərçivəsində sutkada 1 milyon barelə çatdıraq. Biz bu araşdırmanı ona görə aparmışıq ki, əgər əlavə xam neft olarsa, bu boru kəməri vasitəsilə nəql olunsun. Heka-Cask boru kəmərilə neftin nəqli digər tranzit yollarına nisbətən sərfəlidir". İqtisadçı ekspert İlham Şaban deyir ki, İran adlanan yer hər dəfə Xəzər Neft-Qaz sərgisi ərəfəsində belə təkliflərlə çıxış edir. Əsas məqsəd ABŞ və Qərbin İran adlanan yerə qarşı iqtisadi sanksiyalarının əhəmiyyətsiz olduğunu göstərir. Digər tərəfdən, cənub qonşumuz Azərbaycan nefti hesabına gəlir əldə etmək istəyir. Qeyd edək ki, ötən həftə prezident Mahmud Əhmədinejat Xəzər sektorunda İran adlanan yerin qazma işlərinə başlamasıyla bağlı sərəncam verib. Bu da birmənalı qarşılanmır. İlham Şaban nəzərə çatdırdı ki, bu, qaşınmayan yerdən qan çıxarmağa çalışmaqdır. Bəzi xəbərlərə görə, İran adlanan yer "Araz"-"Alov"-"Şərq" yatağında kəşfiyyat işi aparmaq istəyir. Ancaq reallıq budur ki, cənub qonşumuzun Xəzər dənizinin dərin sulu hissəsində qazma aparmağa texnologiyası yoxdur. Hətta 1994-95-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) İran adlanan yerin Xəzər dənizindəki sektorunun dayaz hissələrində iranlılara altı quyu qazıb, hamısı boş çıxıb. Yəni dənizdə işlər aparmaq üçün cənub qonşumuzun hər hansı infrastrukturu yoxdur: "Ona görə də hesab edirəm ki, bu kimi sərəncamlar verməklə, cəhdlər göstərməklə Tehran ara qarışdırmağa çalışır. Çünki Xəzərdə ən dərin yerlərdə qazma qurğuları, ancaq Azərbaycana məxsusdur. Uzağı onu edə bilərlər ki, bir-iki tədqiqat gəmisi göndərərlər və deyərlər ki, kəşfiyyata başlayıblar" / Ramiz Mikayıloğlu, Xalq Cəbhəsi /

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar