SON XƏBƏRLƏR

Bu ilin dörd ayı ərzində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi 236 dəfə pozulub

2021.10.20, 07:36
Bu ilin dörd ayı ərzində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi 236 dəfə pozulub

Gunaz.tv
Bu ilin dörd ayı ərzində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi 236 dəfə pozulub Dörd ay müddətində təmas xəttində doqquz monitorinq həyata keçirilib Bu ilin dörd ayı ərzində cəbhə bölgəsində atəşkəs rejimi intensiv şəkildə pozulub və yanvar-aprel ayları ərzində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi 236 dəfə pozulub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib. E.Sabiroğlunun sözlərinə görə, atəşkəs əsasən cəbhənin Ağdam, Xocavənd, Füzuli, Tərtər, Goranboy, Qazax və Tovuz istiqamətlərində intensiv şəkildə pozulub. Gədəbəy, Cəbrayıl və Göygöl rayonlarında isə nisbətən az pozuntu halları qeydə alınıb: «Atəşkəs nəticəsində itkilərimiz olub. Amma qarşı tərəfin itkiləri bundan qat-qat çoxdur». Təmas xəttində keçirilən monitorinqlər barədə məlumat verin E.Sabiroğlu qeyd edib ki, monitorinqlər ardıcıl olaraq keçirilir: «Dörd ay müddətində doqquz monitorinq həyata keçirilib. Onlardan biri-26 fevralda keçirilməli olan monitorinq baş tutmayıb. Səbəbini vaxtında ictimaiyyətə çatdırdıq. O zaman təmas xəttində erməni silahlı qüvvələri tərəfindən monitorinq iştirakçılarına atəş açılıb və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik dərhal monitorinqin keçirilməsini dayandırmışdı».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar