SON XƏBƏRLƏR

ƏLİ BABACAN TÜRKİYƏ PARLAMENTİNDƏ HESABAT VERDİ

2021.10.20, 07:36
ƏLİ BABACAN TÜRKİYƏ PARLAMENTİNDƏ HESABAT VERDİ

Gunaz.tv
ƏLİ BABACAN TÜRKİYƏ PARLAMENTİNDƏ HESABAT VERDİ Xarici işlər naziri sərhədlərin açılmayacağını demədi Türkiyənin xarici işlər naziri Əli Babacan nəhayət dünən Türkiyə Böyük Millət Məclisində (TBMM) Ankara-İrəvan arasındakı münasibətlərlə bağlı hesabat verib. Bu barədə «Yeni Müsavat» Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Canan Arıtmandan məlumat alıb. Xatırladaq ki, Ə.Babacanın parlamentdə hesabat verməsi ilə bağlı C.Arıtman TBMM-nin xarici işlər komissiyasında məsələ qaldırmışdı. Onun bu tələbinə AKP çox sərt reaksiya vermişdi. Ancaq Milliyətçi Hərəkat Partiyasının (MHP) C.Arıtmana dəstəyindən sonra komissiya Ə.Babacanın TBMM-ə çağrılması barədə qərar qəbul etdi. C.Arıtmanın sözlərinə görə, xarici işlər naziri 20 dəqiqədən çox çəkən çıxışında millət vəkillərinin israrlı suallarına rəğmən Ermənistanla sərhədlərin qapadılması zərurəti ortadan qalxmadan qapıların İrəvanın üzünə açılmayacağı barədə nəsə söyləməyib: «Ermənistan prezidenti Serj Sərkisyan Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı aparılan danışıqlarda Qarabağ məsləsinin gündəmdə olmadığını deyir. Eyni zamanda, işğal altındakı Azərbaycan torpaqlarından çıxmayacaqlarını və soyqırım iddialarından əl çəkməyəcəklərini qəti şəkildə bildirir. Bundan basqa, baş nazir Ərdoğan indiki şərtlərlə sərhədlərin açılmayacağını söyləyərkən, xarici işlər naziri və prezident bununla bağlı konkret mövqe qoymur. Biz hansınızın sözünə inanmalıyıq? Dövlətin bütün yetkililərindən eyni sözü eşitmək istəyirik. Birmənalı şəkildə deyilməlidir ki, Ermənistan işgal etdiyi Azərbaycan torpaqlarından çəkilmədən İrəvanla sərhədlər açılmayacaq. Bu bəyanat vahid mövqe kimi ortalığa qoyulmayınca, türk millətinin narahatlığı aradan qalxmayacaq». Zabil MÜQABİLOĞLU

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar