SON XƏBƏRLƏR

TƏLƏBƏLƏR 3 GÜNLÜK MATƏM ELAN OLUNMASINI TƏLƏB EDİR

2021.10.20, 07:36
TƏLƏBƏLƏR 3 GÜNLÜK MATƏM ELAN OLUNMASINI TƏLƏB EDİR

Gunaz.tv
TƏLƏBƏLƏR 3 GÜNLÜK MATƏM ELAN OLUNMASINI TƏLƏB EDİR Bu gün Dövlət Neft Akademiyası, Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri paytaxtın mərkəzində etiraz aksiyası keçiriblər. “Media forum” saytının əməkdaşı xəbər verir ki, tələbələr Sahil bağından başlayaraq Rəşid Behbudov küçəsi ilə yürüş ediblər və Cəfər Cabbarlının heykəlinin yanında dayanaraq mitinq düzənləyiblər. Onlar “Tələbə ölməz, vətən bölünməz!”, “Qoşul bizə!”, “Terrora yox deyək!”, “Biz birik, bir olacağıq!” şüarları səsləndiriblər. Tələbə ordusunun qarşısında politoloq İlqar Məmmədov və Müsavat Partiyası gənclər təşkilatının sədri Tural Abbaslı olub. C.Cabbarlının heykəlinin yaxınlığında İ.Məmmədov və T.Abbaslı çıxış ediblər. T.Abbaslı çıxışında bildirib ki, onların əsas tələbi ölkədə 3 günlük matəm elan olunmasıdır. İ.Məmmədov isə qanlı hadisənin çoxsaylı tələbə ordusunu qəzəbləndirdiyini bildirib. Daha sonra o, tələbələrdən sakit formada, ölənlərin ruhuna ehtiram göstərməklə dağılmağı xahiş edib. Saytın əməkdaşı xəbər verir ki, ətrafda çoxlu polis əməkdaşı olsa da, onlar yürüş-mitinqə mane olmayıblar. Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini Yaşar Əliyev də ərazidə olub. Aprelin 30-da Neft Akademiyasında baş vermiş qanlı olayda 13 nəfər ölüb, 10 nəfər yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar