SON XƏBƏRLƏR

ABŞın illik hesabatında deyilir ki, İran, Suriya, Sudan və Kuba terroru dəstəkləyir

2021.10.20, 07:36
ABŞın illik hesabatında deyilir ki, İran, Suriya, Sudan və Kuba terroru dəstəkləyir

Gunaz.tv
ABŞ Dövlət Departamenti dünyada terrorçuluqla bağlı illik hesabatını açıqlayıb Hesabatda deyilir ki, İran, Suriya, Sudan və Kuba terroru dəstəkləyir ABŞ Dövlət Departamenti dünyada terrorçuluqla bağlı illik hesabatını açıqlayıb. Sənəddə deyilir ki, Qərb ölkələri üçün terror aktları törədilməsi təhlükəsini daha çox Pakistanın şimal-qərbində bazaları olan «Əl-Qaidə» yaradır. Dövlət Departamenti bəyan edir ki, dünyada terrorçuluğun ən fəal sponsoru İrandır. Sənəddə o da deyilir ki, dünyada terror aktlarının azalması müşahidə edilir. Amma Pakistanda terror aktlarının sayı artıb. Ötən il bu ölkədə 2293 nəfər terrorun qurbanı olub. Sənəddə Əfqanıstanda terrorçuluq fəaliyyətinin artdığı da qeyd olunur. Dövlət Departamenti terroru dəstəkləyən ölkələr sırasına İranla yanaşı, Suriya, Sudan və Kubanı da daxil edib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar