SON XƏBƏRLƏR

BMT Baş Katibi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı hesabatla çıxış edib

2021.10.20, 07:36
BMT Baş Katibi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı hesabatla çıxış edib

Gunaz.tv
BMT Baş Katibi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı hesabatla çıxış edib APA-nın ABŞ bürosunun məlumatına görə, 18 vərəqlik hesabatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupu adından həmsədr ABŞ-ın, ATƏT-in hazırkı sədri və daha 12 dövlətin rəyi əks olunub. ABŞ-ın Minsk Qrupunun bütün üç həmsədr ölkəsi adından BMT Baş Katibinə təqdim etdiyi sənəddə deyilir: “14 mart 2008-ci ildə BMT-nin Baş Assambleyasında 62/243 nömrəli qətnamə layihəsi (ölkəmizin BMT-dəki Daimi Nümayəndəliyinin Baş Assambleyasının 62-ci sessiyasında müzakirəyə çıxardığı “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair” qətnamə layihəsini nəzərdə tutur-red.) müzakirə olunarkən, biz həmsədrlər səs verməyimizin səbəblərini izah edərkən qeyd etdik ki, 2007-ci ilin noyabr ayında ATƏT-in Madrid toplantısında hər iki münaqişə tərəfinə sülhün əldə olunmasına xidmət edəcək baza prinsiplərini təqdim etmişdik. Bu prinsiplər Helsinki Yekun Aktının və bu aktın silah və zor tərtib etməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını həll etmək maddələrinə əsaslanırdı”. Hesabatda bildirilir ki, “Madrid prinsipləri” adı almış bu yanaşma bu gün də müzakirə obyekti olaraq qalmaqdadır. Lakin hesabat müəllifi xüsusi qeyd edir ki, nə müzakirə olunan təkliflər, nə də həmsədr ölkələrinin 62/243 saylı qətnamənin əleyhinə səsverməsi Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır: “Biz səsvermənin səbəblərini izah edərkən, indi də bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyimizi bəyan edirik”. İkinci maraqlı məqam odur ki, həmsədrlər BMT-nin Baş Katibinə təqdim etdikləri hesabatda xalqların öz müqəddəratını müəyyən etmək hüququna birmənalı dəstək verməyiblər. Belə ki, sənəddə “Madriddə tərəflərə təklif olunan prinsiplər hər iki tərəfin qəbul edəcəyi təqdirdə öz müqəddəratını həll etməmək və silah tərtib etməmək prinsiplərini nəzərdə tutur”, - yazılıb. Bununla da həmsədrlər öz müqəddəratını müəyyən etmək hüququnun ərazi bütövlüyü hüququndan üstün olmadığını bir daha xüsusi olaraq vurğulayıblar. Amerika tərəfinin BMT-nin Baş Katibinə təqdim etdiyi sənəddə daha sonra vurğulanır ki, “Madrid prinsipləri” təşkilatın ultimativ xarakterli təklifi deyil və onun maddələrinin belə qəbul olunması düz deyil. Ermənistanın “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair” hesabatla bağlı BMT Baş Katibinə təqdim etdiyi məruzədə 2008-ci ildə 62/243 saylı qətnamə səsverməyə çıxarıldığı zaman ona Baş Assambleyanın əksər ölkələrinin dəstək vermədiyini qeyd edib. Daha sonra bildirilib ki, prezidentlərin 6 iyun 2008-ci il Sankt-Peterburq görüşündə Azərbaycan “Madrid prinsipləri”ni münaqişənin həll olunması üçün əsas sənəd kimi qəbul edib. Azərbaycan tərəfinin BMT-nin Baş Katibinə təqdim etdiyi sənəddə isə qeyd olunur ki, Baş Assambleyanın 62-ci sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərdə vəziyyətlə bağlı qəbul etdiyi sənəd Dağlıq Qarabağ münaqişəsinin həllinə öz ciddi müsbət tövsiyəsini verir. Azərbaycan tərəfi Baş Assambleyanın Ermənistandan işğal olunmuş ərazilərdən qanunsuz dəstələrini çıxartmağı, qaçqın və məcburi köçkünlərin qaytarılmasına şərait yaradılmasını tələb etməsini, ermənilərin qanunsuz məskunlaşma siyasətinə yox deməsini yüksək qiymətləndirib. Daha sonra 10 dövlət Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı hesabatda münaqişəyə münasibət bildirib. Belarus, İndoneziya, Qazaxıstan, Malayziya, Meksika, Pakistan, Slovakiya, Sudan, Türkiyə və Ukrayna Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. İndoneziya isə öz bəyanatında İslam Konfransı təşkilatının adından çıxış edib. Qeyd edək ki, Pan Gi Munun hesabatı Baş Assambleyanın 63-cü sessiyasında da müzakirə olunmalıdır. Azərbaycanın bu il BMT-yə təqdim etdiyi digər 4 sənədlə yanaşı, bu hesabat uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsinin BMT-nin gündəmində qalmasına xidmət edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar