SON XƏBƏRLƏR

İRAN ƏBU MUSA, BÖYÜK TONB və KİÇİK TONB ADALARI PROBLEMİNƏ KƏNAR MÜDAXİLƏNİN ƏLEYHİNƏDİR

2021.10.20, 07:36
İRAN ƏBU MUSA, BÖYÜK TONB və KİÇİK TONB ADALARI PROBLEMİNƏ KƏNAR MÜDAXİLƏNİN ƏLEYHİNƏDİR

Gunaz.tv
İRAN ƏBU MUSA, BÖYÜK TONB və KİÇİK TONB ADALARI PROBLEMİNƏ KƏNAR MÜDAXİLƏNİN ƏLEYHİNƏDİR Həsən Qəşqavi Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi jurnalistlərə açıqlamasında Avropa Birliyi və İran Körfəzi Şurasının 19-cu müştərək iclasında İranın hakimiyyətində olan Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları ilə bağlı qəbul olunmuş bəyanata etiraz bildirib. Bəyanatda İranla Birləşmiş Ərəb Əmirlikləri arasında mübahisə mövzusu olan üç adanın taleyinin beynəlxalq səviyyədə həlli təklif olunur. H.Qəşqavi, üç ada probleminin İranla Birləşmiş Ərəb Əmirlikləri arasında danışıqlar yolu ilə cözüləcəyini bildirib: “Üçüncü tərəfin bu işə qarışması məsələnin həllinə heç bir yardım göstərməyəcək”. Son illər Birləşmiş Ərəb Əmirlikləri dəfələrlə rəsmi və qeyri-rəsmi mərasimlərdə Kiçik Tonb, Böyük Tonb və Əbu Musa adalarının qaytarılmasını tələb edib və məsələ danışıqlar yolu ilə çözülməyəcəyi təqdirdə Beynəlxalq Haaqa Məhkəməsinə üz tutacağını bildirib. Əbu Masa, Kiçik Tonb və Böyük Tonb adaları İrana 1971-ci ildə BƏƏ Böyük Britaniyadan müstəqillik qazananda verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar