SON XƏBƏRLƏR

ABŞ Dövlət Departamenti Azərbaycan xalqına başsağlığı verdi

2021.10.20, 07:36
ABŞ Dövlət Departamenti Azərbaycan xalqına başsağlığı verdi

Gunaz.tv
ABŞ Dövlət Departamenti Azərbaycan xalqına başsağlığı verdi «Birləşmiş Ştatlar, dostumuz və strateji müttəfiqimiz olan Azərbaycanı hazırkı sarsıntılı və kədərli zamanlarında dəstəkləyir» ABŞ Dövlət Departamenti aprelin 30-da Bakıda Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı hadisələrlə bağlı Azərbaycan xalqına başsağlığı verib. Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert Vud açıqlayıb. O, gündəlik mətbuat konfransının girişində bunları deyib: «Biz həmçinin faciə zamanı həlak olanların ailələrinə və dostlarına başsağlığı veririk. Birləşmiş Ştatlar, dostumuz və strateji müttəfiqimiz olan Azərbaycanı hazırkı sarsıntılı və kədərli zamanlarında dəstəkləyir». /ANS PRESS/ ----------------------------------------------------------- Gürcüstan prezidenti İlham Əliyevə zəng edib Mixail Saakaşvili Dövlət Neft Akademiyasında baş vermiş hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verib Bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Gürcüstan prezidenti Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisədən hədsiz kədərləndiyini bildirib, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Azərbaycan Prezidenti İlham Əliyev başsağlığına və diqqətə görə Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə minnətdarlığını bildirib. /ANS PRESS/ ----------------------------------------------------------- Viktor Yuşşenko İlham Əliyevə başsağlığı verib "Ukrayna xalqı və öz adımdan zərrəçəkmişlərin ailələrinə dərin hüzünlə başsağlığı verirəm" Ukrayna prezidenti Viktor Yuşşenko aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş və günahsız insanların ölümünə səbəb olan hadisə ilə əlaqədar Azərbaycanın dövlət başçısına başsağlığı verib. ANS PRESS-in məlumatına görə, başsağlığı teleqrafı Ukrayna dövlət başçısının rəsmi saytında yer alıb. "Biz yaxınlarını itirən insanların kədərlərini bölüşürük. Ukrayna xalqı və öz adımdan zərrəçəkmişlərin ailələrinə dərin hüzünlə başsağlığı verirəm", deyə Ukrayna prezidentinin teleqramında deyilir. Xatırladaq ki, Azərbaycan Dövlət Neft Akademiyasında silahlı basqın bu gün səhər saatlarında qeydə alınıb. Nəticədə rəsmi məlumata görə, 13 nəfər ölüb, daha 13 nəfər isə yaralanıb. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar