SON XƏBƏRLƏR

Dmitri Medvedev Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə əlaqədar İlham Əliyevə başsağlığı verib

2021.10.20, 07:36
Dmitri Medvedev Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə əlaqədar İlham Əliyevə başsağlığı verib

Gunaz.tv
Dmitri Medvedev Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə əlaqədar İlham Əliyevə başsağlığı verib "Azərbaycan Neft Akademiyasında baş vermiş hadisə ilə bağlı xəbərlərdən sarsıldım" Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş hadisə ilə əlaqədar Rusiya prezidenti Dmitri Medvedev İlham Əliyevə başsağlığı verib. "Azərbaycan Neft Akademiyasında baş vermiş hadisə ilə bağlı xəbərlərdən sarsıldım. Biz çox kədərlənirik ki, bu faciədə həlak olan insanlar tələbələr gələcək planları ilə yaşayan gənclərdir. Mən sizə və bu hadisədə həlak olanların yaxınlarına başsağlığı verirəm və yaralananların tezliklə sağalmasını arzulayıram", Dmitri Medvedevin teleqramında belə deyilir. /ANS PRESS/ ------------------------------------------------------------ Belarus prezidenti Aleksandr Lukaşenko azərbaycanlı həmkarı İlham Əliyevə başsağlığı verib O,Dövlət Neft Akademiyasında baş vermiş qanlı hadisədən kədərləndiyini vurğulayıb Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı hadisə ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə öz və belorus xalqı adından başsağlığı verib. ANS PRESS-in belta.by saytına istinadən verdiyi məlumata görə, Lukaşenko bu dəhşətli xəbərin hər bir belorusun ürəyində kədər hissi yaratdığını bildirib. O, belorus xalqı adından ölən və yaralananların yaxınlarına başsağlığı diləyib. Xatırladaq ki, bu gün səhər saatlarında Gürcüstan vətəndaşı olan Fərda Qədirov Azərbaycan Dövlət Neft Akademiyasının binasına silahlı basqın edib. Nəticədə 13 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Ölənlər arasında tələbələr ilə yanaşı Akademiyanın müəllimləridə var./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar