SON XƏBƏRLƏR

İKT İrəvanla əməkdaşlıq edən İslam ölkələrinə təzyiq edəcək

2021.10.20, 07:36
İKT İrəvanla əməkdaşlıq edən İslam ölkələrinə təzyiq edəcək

Gunaz.tv
İslam Konfransı Təşkilatı (İKT) islam ölkələrini işğalçı Ermənistanla əməkdaşlıq etməməyə çağırıb. Bu barədə İKT-yə üzv ölkələrin hüquq-mühafizə orqanları rəhbərlərinin Bakıda keçirilən konfransının yekununa həsr olunmuş mətbuat konfransında qurumun baş katibinin müavini İzzət Kamal Müfti açıqlama verib. Müfti qeyd edib ki, İKT-yə üzv ölkələrdən hər hansı biri qurumun və BMT-nin Ermənistanın işğalçı siyasətini pisləyən qətnamələrini pozub rəsmi İrəvanla hər hansı münasibətlər qurursa, İslam ölkələri həmin dövlətlərə qarşı təzyiq göstərməlidir. "Bəzi ölkələr İKT-nin qətnamələrini pozursa, bu o demək deyil ki, İKT rəhbərliyi bununla razıdır. Qətnamələrin pozulması İKT ölkələri tərəfindən qətiyyətlə pislənilir", - dəyə Müfti bildirib. Konfransda müzakirə edilən məsələlər barədə açıqlama verən Müfti qeyd edib ki, konfransda zamanı İKT üzv dövlətlər arasında transmilli mütəşəkkil cinayətkarlıq, xüsusilə beynəlxalq terrorçuluq, ekstremizm, təcavüzkar separatizm, silahların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, korrupsiyanın qarşısının alınması sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar