SON XƏBƏRLƏR

Fətullahçı terrorist qrup həbs olundu

2021.10.20, 07:36
Fətullahçı terrorist qrup həbs olundu

Gunaz.tv
Gülənə bağlı məktəblər əksər postsovet ölkələrində “casusluqda və radikal dinçilikdə” ittiham edilərək, bağladılıbYalnız Azərbaycan və Qazaxstanın təhsil nazirləri rus kəşfiyyatından “çox bildiklərindən” radikal dinçi xilafət qurmaq istəyən Fətullah Gülənin məktəblərinə hamilik edirlər Fətullah Gülən şəbəkəsinin Orta Asiya, Orta Şərq və Avropadakı fəaliyyətləri həmin bölgələrdəki dövlətləri və xalqları narahat edir. Bu səbəbdən də Gülənə qarşı həmin bölgələrdə etirazlar dayanmadan artmaqdadır. Hollandiyada Gülənin məktəblərinin bağlanmasının müzakirəsi gedərkən, Özbəkistanda baş verənlər dediyimizə misaldır. Özbəkistanda Fətullah Gülən tərəfdarı olan bir qrup (nurçular) şəxsə hökm oxunub. Lent.az-ın “fergane.ru”ya istinadən məlumatına görə, həmin şəxslər Xarəzm və Buxara şəhərlərində keçirilən əməliyyat nəticəsində həbs olunublar. Tutulan şəxslər 6 il 6 ay müddətinə həbs cəzasına məhkum ediliblər. Həmin şəxslərin kimliyi barədə məlumat verilməsə də, onların 1990-cı illərdə Fətullah Gülənin məktəblərində təhsil aldığı və nurçu olduğu bildirilir. Məlumatda qeyd olunub ki, Özbəkistanda nurçuların fəaliyyət göstərməsi qanunla qadağan edilib. Fətullah Gülənin Özbəkistandakı məktəbləri 2000-ci illərdə bağlanıb. Saytın yazdığına görə, Fətullah Gülənin məktəbləri keçmiş SSRİ ölkələri arasında yalnız Azərbaycan və Qazaxıstanda sərbəst fəaliyyət göstərir. Başda Rusiya və Özbəkistan olmaqla, keçmiş SSRİ ölkələrində nurçuların fəaliyyəti qadağan edilib. 2001-ci ildən indiyədək Rusiyada nurçulara məxsus 16 təhsil ocağı bağlanıb, 50 müəllim ölkədən deportasiya olunub. Rusiya buna səbəb kimi, həmin məktəbləri ABŞ-a casusluq və radikal dinçiliyi yaymaqda ittiham edib. Məlumatda o da deyilir ki, hazırda nurçuların Azərbaycanda bir universiteti, 12 liseyi və 1 orta məktəbi, Qazaxıstanda 27 liseyi, 1 orta məktəbi, Qırğızıstanda 11 liseyi, Türkmənistanda 1 universiteti, 16 liseyi, Tacikistanda isə 5 liseyi var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar