SON XƏBƏRLƏR

İran səfiri vida mərasimi keçirib

2021.10.20, 07:36
İran səfiri vida mərasimi keçirib

Gunaz.tv
İran İslam Respublikasının Azərbaycandakı yeni səfiri Məhəmməd Bagir Bəhrani yaxın vaxtlarda Azərbaycana gələcək. Bu barədə səfirlikdən APA-ya bildirilib. Verilən məlumata görə, yeni səfir Həmədan Universitetinin doktorudur. O, müxtəlif vaxtlarda 3 dəfə İran parlamentinin üzvü olub. Yeri gəlmişkən, İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare Bakıda diplomatik səlahiyyətlərinin başa çatması ilə əlaqədar dünən vida mərasimi keçirib. Xatırladaq ki, o 2007-ci ilin martından Azərbaycanda ölkəsinin diplomatik missiyasına rəhbərlik edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar