SON XƏBƏRLƏR

Terrorçunun adı dəqiqləşdi-EKSKLÜZİV - YENİLƏNİB

2021.10.20, 07:36
Terrorçunun adı dəqiqləşdi-EKSKLÜZİV - YENİLƏNİB

Gunaz.tv
Terrorçunun adı dəqiqləşdi-EKSKLÜZİV - YENİLƏNİB O, Bakıya martın 13-də gəlib Neft Akademiyasına silahlı basqın edən terrorçulardan birinin adı tam dəqiqləşib. Lent.az-ın məlumatına görə, basqından sonra özünü öldürən şəxs azərbaycanlı, Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndindən olan Qədirov Fərda Əsəd oğludur. O, 1980-ci il dekabrın 8-də anadan olub. Bakıya isə bu il martın 13-də gəlib. Qədirovların 1988-ci ildə Ermənistandan deportasiya olunaraq, Marneuliyə köçdükləri, ata Qədirovun müəllim olduğu və hazırda Moskvada yaşadığı deyilir. Fərda Qədirovun şəxsiyyəti ilə bağlı əldə etdiyimiz başqa bir məlumatı isə hələlik rəsmən təsdiqlənmədiyi üçün yaymırıq. Bundan əvvəl adıçəkilən Nadir Şirxan oğlunun bu hadisəyə hər hansı aidiyyəti olub-olmadığı bilinmir. Bəzi məlumatlara görə, o, hadisə zamanı həbs edilsə də, sonradan olaya aidiyyatı olmadığından sərbəst buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar