SON XƏBƏRLƏR

NATO-nun BAŞ KATİBİ BƏYAN EDİB Kİ, QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ ƏRAZİ BÜTÖVLÜYÜ PRİNSİPİ SUAL ALTINA QOYULMAMALIDIR

2021.10.20, 07:36
NATO-nun BAŞ KATİBİ BƏYAN EDİB Kİ, QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ ƏRAZİ BÜTÖVLÜYÜ PRİNSİPİ SUAL ALTINA QOYULMAMALIDIR

Gunaz.tv
NATO-nun BAŞ KATİBİ BƏYAN EDİB Kİ, QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ ƏRAZİ BÜTÖVLÜYÜ PRİNSİPİ SUAL ALTINA QOYULMAMALIDIR Aprelin 29-da Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və NATO-nun baş katibi Yaap de Hoop Sxeffer mətbuat nümayəndələri qarşısında bəyanatlarla çıxış ediblər. Alyansın baş katibi deyib ki, Azərbaycan NATO üçün regionda mühüm rol oynayan ölkədir. Enerji təhlükəsizliyinin dünyada böyük əhəmiyyət kəsb etdiyi bir dövrdə Azərbaycanın rolu daha da artıb. AzərTAc-ın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsindən də danışan baş katib bildirib ki, münaqişə yalnız qeyd edilən prinsiplər əsasında həllini tapmalıdır: “NATO Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində birbaşa rol oynamasa da, hesab edir ki, bu münaqişənin həllində ərazi bütövlüyü prinsipi sual altına qoyulmamalıdır”. NATO-nun tədbirlərində və proqramlarında Azərbaycanın fəal iştirak etdiyini bildirən İ.Əliyev qeyd edib ki, ötən il Azərbaycan alyansın 200 tədbirinə qatılıb. “Biz NATO-ya minnətdarıq ki, Şimali Atlantika Alyansı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində qətiyyətli mövqe tutur və bu mövqe ərazi bütövlüyü prinsiplərinə əsaslanır” deyən İ.Əliyev alyans ilə Azərbaycan arasında əməkdaşlığın uğurla davam etdiyini söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar