SON XƏBƏRLƏR

Dövlət Neft Akademiyasında aparılan əməliyyat başa çatıb

2021.10.20, 07:36
Dövlət Neft Akademiyasında aparılan əməliyyat başa çatıb

Gunaz.tv
Dövlət Neft Akademiyasında aparılan əməliyyat başa çatıb Ölən və yaralılardan bəzilərinin adları məlum olub Dövlət Neft Akademiyasında aparılan əməliyyat artıq başa çatıb. Hadisə yerində olan ANSPRESS-in müxbirinin verdiyi məlumata görə, xüsusi təyinatlı polis dəstələri artıq ərazidən uzaqlaşıb. İlkin məlumata görə, hadisəni törədən bir nəfər xarici vətəndaş özünü güllələyib. Ərazidə yanğınsönürən maşınlar qalıb. Respublika Klini Xəstəxanasından ANSPRESS-ə verilən məlumata görə, hadisə nəticəsində 10 nəfər həlak olub. 4 saylı Əfəndiyev adına Xəstəxanadan ANSPRESS-ə verilən məlumata görə, faktla bağlı xəstəxanaya 5 nəfər gətirilib. Onlardan 2-si ölüb. Hər iki şəxs Ayaz Bağırov və Savalan Cabbarov 4-cü kurs tələbələri olublar. 3 nəfər yaralı isə ağır vəziyyətdə reanimasiyadır. Onlardan biri suriyalı Naoya Dean, digərləri Zemfira Hüseynli və Rəhman Axundovdur. Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinə isə indiyə qədər 13 meyitin gətirildiyi bildirilir. *** Bu gün Bakıda Azərbaycan Dövlət Neft Akademiyasının mərkəzi binasına silahlı basqın olub. İlkin məlumata görə, hadisə iki silahlı şəxs tərəfindən törədilib. Onlardan biri isə daha sonra özünü güllələyib. Silahlı şəxslərin birinci mərtəbədən yuxarı mərtəbələrə qədər atəş aça-aça qalxdıqları deyilir. Daxili işlər nazirinin müavini Vilayət Eyvazov isə hadisə yerində olan jurnalistlərə bildirib ki, artıq hadisəni törədən şəxs zərərsizləşdirilib. Həmin şəxsin kim olduğu isə açıqlanmayıb.Qeyd edək ki, hadisəni iki və yaxud üç şəxsin törətdiyi güman edilir. *** Hadisə yerinə baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubov gəlib. Hazırda Neft Akademiyasının binasının ətrafında olan hər kəs ərazidən uzaqlaşdırılıb. /ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar