SON XƏBƏRLƏR

Şahid: “Terrorçular Akademiyada qarşılarına çıxanı vururdular”

2021.10.20, 07:36
Şahid: “Terrorçular Akademiyada qarşılarına çıxanı vururdular”

Gunaz.tv
Şahid: “Terrorçular Akademiyada qarşılarına çıxanı vururdular” “Auditoriyada dərs keçirdik. Saat 10-a işləmişdi 15-20 dəqiqə. Güllə səsi gəldi. Uşaqlar çıxmaq isttədilər, icazə vermədim. Əvvəlcə iki güllə səsi eşidildi. Sonra ardıcıl atmağa başladılar. 15-20 dəqiqəyə polis gəldi. Əvvəlcə bizə dedilər ki, otaqlardan çıxmayın. Təxminən 15-20 dəqiqə onra isə binanı boşaltmağa başladılar. Bütün personalı başqa korpusa köçürdülər”. Bu barədə RİA-ya Azərbaycan Neft Akademiyasında işləyən və hadisə baş verən anda binada olan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib. Teyyub Qənioğlu ölən və yaralananlar barədə dəqiq məlumata malik olmadığın deyib. “Deyilənə görə, 3-4 nəfər ölüb, 10-12 nəfər isə yaralanıb. Dəhlizə çıxanda uşaqlar dedilər ki, dördüncü mərtəbdə 2, 2-ci mərtədəb isə 4 nəfərin qan içində uzandığını görüblər. Amma dəqiq bilmədik onlar ölüdü, yoxsa yaralı”. Teyyub Qnioğlu insidentin nədən qaynaqlandığından da xəbərsiz olduğunu deyib. “Dəqiq bilmirik nəyə görə baş verib. Amma onu bilirik ki, birinci mərtəbədən 6-cı mərtəbyə qədər qarşılarına kim çıxdı vurublar. Vurulanların arasında oğlan da var, qız da. Hamısı cavan uşaqlardı, tələbələrdi. Fərqinə varmadan atəş açıblar”. Teyyub Qənioğlu öldürülənlərdən birinin Neft Akademiyasının qadın dekanı olması barədə deyilənləri təkzib edib. O qeyd edib ki, Neft Akademiyasında qadın dekan yoxdur. Onun sözlərinə görə, artıq Akademiyada sakitlikdir. ölən və yaralananları artıq xəstəxanaya aparıblar. Terrrçular zərərsizləşdirilib. Hazırda (11:50) onların auditoriyalardan birini ələ keçirməsi barədə deyilənlər yalandır. Hadisə yerində olan əməkdaşımız isə jurnalistlərin Akademiyanın ətrafından uzaqlaşdırıldığını deyib. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev jurnalistlərə hadisə barədə açıqlama veriləcəyini bildirib. Xatırladaq ki, bu gün səhər saatlarında Bakıda yerləşən Azərbaycan Neft Kimya Akademiyası terorçular tərəfindən ələ keçirilib. RİA-nın hadsə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə səhər 9:30 radəlrində baş verib. Məlumata görə, Akademiyada azərbaycanlı tələbələrlə əcnəbilər arasında mübahisə baş verib. Nəticədə əcnəbi tələbələrdən biri odlu silahdan atəşə açaraq 3 nəfəri qətlə yetirdiyi, təxminən 15-dən çox tələbəni isə yaraladığı bildirilir. Əməkdaşımızın dediyinə görə, bu rəqəm dəqiq deyil. ölən və yaralananların sayı dəyişə bilər. “Auditoriyada dərs keçirdik. Saat 10-a işləmişdi 15-20 dəqiqə. Güllə səsi gəldi. Uşaqlar çıxmaq isttədilər, icazə vermədim. Əvvəlcə iki güllə səsi eşidildi. Sonra ardıcıl atmağa başladılar. 15-20 dəqiqəyə polis gəldi. Əvvəlcə bizə dedilər ki, otaqlardan çıxmayın. Təxminən 15-20 dəqiqə onra isə binanı boşaltmağa başladılar. Bütün personalı başqa korpusa köçürdülər”. Bu barədə RİA-ya Azərbaycan Neft Akademiyasında işləyən və hadisə baş verən anda binada olan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib. Teyyub Qənioğlu ölən və yaralananlar barədə dəqiq məlumata malik olmadığın deyib. “Deyilənə görə, 3-4 nəfər ölüb, 10-12 nəfər isə yaralanıb. Dəhlizə çıxanda uşaqlar dedilər ki, dördüncü mərtəbdə 2, 2-ci mərtədəb isə 4 nəfərin qan içində uzandığını görüblər. Amma dəqiq bilmədik onlar ölüdü, yoxsa yaralı”. Teyyub Qnioğlu insidentin nədən qaynaqlandığından da xəbərsiz olduğunu deyib. “Dəqiq bilmirik nəyə görə baş verib. Amma onu bilirik ki, birinci mərtəbədən 6-cı mərtəbyə qədər qarşılarına kim çıxdı vurublar. Vurulanların arasında oğlan da var, qız da. Hamısı cavan uşaqlardı, tələbələrdi. Fərqinə varmadan atəş açıblar”. Teyyub Qənioğlu öldürülənlərdən birinin Neft Akademiyasının qadın dekanı olması barədə deyilənləri təkzib edib. O qeyd edib ki, Neft Akademiyasında qadın dekan yoxdur. Onun sözlərinə görə, artıq Akademiyada sakitlikdir. ölən və yaralananları artıq xəstəxanaya aparıblar. Terrrçular zərərsizləşdirilib. Hazırda (11:50) onların auditoriyalardan birini ələ keçirməsi barədə deyilənlər yalandır. Hadisə yerində olan əməkdaşımız isə jurnalistlərin Akademiyanın ətrafından uzaqlaşdırıldığını deyib. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev jurnalistlərə hadisə barədə açıqlama veriləcəyini bildirib. Xatırladaq ki, bu gün səhər saatlarında Bakıda yerləşən Azərbaycan Neft Kimya Akademiyası terorçular tərəfindən ələ keçirilib. RİA-nın hadsə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə səhər 9:30 radəlrində baş verib. Məlumata görə, Akademiyada azərbaycanlı tələbələrlə əcnəbilər arasında mübahisə baş verib. Nəticədə əcnəbi tələbələrdən biri odlu silahdan atəşə açaraq 3 nəfəri qətlə yetirdiyi, təxminən 15-dən çox tələbəni isə yaraladığı bildirilir. Əməkdaşımızın dediyinə görə, bu rəqəm dəqiq deyil. ölən və yaralananların sayı dəyişə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar