SON XƏBƏRLƏR

Neft Akademiyasında ölənlərin sayı 22-yə çatıb

2021.10.20, 07:36
Neft Akademiyasında ölənlərin sayı 22-yə çatıb

Gunaz.tv
Neft Akademiyasında ölənlərin sayı 22-yə çatıb Terror zamanı yaralananların dəqiq sayı məlum deyil Azərbaycan Neft Akademiyasında baş verən terror hadisəsi nəticəsində ölənlərin sayı 22-yə çatıb. APA-nın əməkdaşının məlumatına görə, hadisə nəticəsində yaralanan iki nəfər 4 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib. 4 saylı Şəhər Klinik Xəstəxanasına 3 yaralı da gətirilib. Onlardan ikisinin ərəb millətindən olan şəxslər olduğu bildirilib. Məlumata görə, digər yaralı isə Azərbaycan Dövlət Neft Akademiyasının laborantı Zemfira Hüseynovadır. Yaralılardan ikisinin xəstəxanada əməliyyat olunduğu, digərinin isə Neyrocərrahiyyə Xəstəxanasına göndərildiyi açıqlanıb. Respublika Klinik Xəstəxanasına isə 13 meyit aparılıb. Azərbaycan Neft Akademiyasında baş verən terror hadisəsi nəticəsində yaralananların yerləşdirildiyi Klinik Tibbi Mərkəzə isə heç kim buraxılmır. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, xəstəxananın giriş-çıxışı tam nəzarətə götürülüb, jurnalistlər binaya buraxılmır, hətta valideynlər də çox çətinliklə içəri girə bilirlər. Azərbaycan Tibb Universitetinin dosenti İbrahim Qafarlı jurnalistlərə açıqlamasında mərkəzdə 7 meyit olduğunu deyib. Onlardan 5-i tələbədir. Ölənlərdən birinin adı açıqlanıb. Bu Ceyhun Aslanovdur. Xəstəxanada olan 6 yaralının isə vəziyyətlərinin ağır olduğu bildirilib. Yaralıların hamısı başından güllələnib. Yaralılardan biri isə Orxan Sadıxovdur. Hadisənin baş verdiyi Neft Akademiyasının II tələbəsi Rəşad Allahverdiyev jurnalistlərə bildirib ki, atışma birdən-birə baş verib: “İki nəfər binaya daxil olaraq qabağına keçəni güllələməyə başladı. Terrorçular qaradərili olmayıblar. İki müəllimimi gözümün qabağında vurdular. Hadisəyə müdaxilə edənləri güllələyirdilər. Pəncərədən çıxıb qaçdıq”. Onu da əlavə edək ki, hadisəni törədən iki terrorçudan birinin Suriya vətəndaşı olduğu və artıq özünü güllələdiyi barədə məlumat var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar