SON XƏBƏRLƏR

MÜSƏLMAN DÜNYASINDAN OBAMAYA XOCALI ÇAĞIRIŞI

2021.10.20, 07:36
MÜSƏLMAN DÜNYASINDAN OBAMAYA XOCALI ÇAĞIRIŞI

Gunaz.tv
MÜSƏLMAN DÜNYASINDAN OBAMAYA XOCALI ÇAĞIRIŞI İslam Konfransı Gənclər Forumu ABŞ prezidentini bu qətliama qiymət verməyə çağırdı Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) ABŞ prezidenti Barak Obamanın 1915-ci il aprelin 24-də baş vermiş hadisələri “böyük fəlakət” adlandırması ilə bağlı bəyanatla çıxış edib. İKGF-dən APA-ya daxil olan məlumatda bildirilir ki, ABŞ prezidentinin müsəlman xalqlarının tarixini ləkələyən, xüsusilə tarixdə böyük nailiyyətlər əldə etmiş Osmanlı sivilizasiyasını qaralayanların mövqeyinə şərik çıxması, o cümlədən İslam Konfransı Təşkilatı məkanında yaşayan müsəlmanların üzləşdiyi humanitar faciələrə etinasız münasibət göstərməsi müsəlman dünyası ilə qurulan həssas dialoqa mənfi təsir göstərə bilər. İKGF ABŞ prezidentinə 1915-ci il hadisələrinin obyektiv araşdırılması üçün ekspertlərdən ibarət beynəlxalq komissiyanın yaradılması təklifi ilə müraciət edib. “Müsəlman gənclərinin prezident Barak Obamaya müraciəti” adlı məktubda yaradılması təklif olunan komissiyanın “İKT ölkələrində humanitar faciələrin qurbanlarının Xatirə Günü” proqramı çərçivəsində Der-Yasin (Fələstin), erməni hərbçilərinin Vanda (Türkiyə) qətlə yetirdiyi türklər və kürdlərin, Setif və Quelma (Əlcəzair), Muratağa-Sandallar və Xocalıda (Azərbaycan) dinc əhalinin öldürülməsi ilə bağlı faktları da araşdırması təklif edilir: “İKGF ABŞ prezidentinin belə bir təşəbbüslə çıxış etməsini XX əsrdə müxtəlif millətlərdən olan müsəlman xalqlarının üzləşdiyi humanitar faciələrə obyektiv yanaşmanın təzahürü kimi qiymətləndirərdi”. Müraciət İKGF-nin saytında (www.icyf-dc.org) yerləşdirilib və 2 ay müddətində bu müraciətə qoşulanların siyahısı bəyanatla birgə diplomatik kanallar vasitəsilə Ağ Evə çatdırılacaq. İmzatoplama prosesində “Xocalıya ədalət”, 1915-ci il həqiqətləri" və “Bosniyadakı soyqırımı tanı” beynəlxalq kampaniyaların iştirakı gözlənilir. Xəbər xidməti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar