SON XƏBƏRLƏR

Ermənistanla müzakirələrin detalları gizli saxlanılır

2021.10.20, 07:36
Ermənistanla müzakirələrin detalları gizli saxlanılır

Gunaz.tv
"Ermənistanla müzakirələrin detalları gizli saxlanılır" Dövlət Baxçalı Ərdoğanın siyasətini tənqid edərək, Azərbaycanın mövqeyini dəstəkləyib MHP başqanı Dövlət Baxçalı növbəti dəfə AKP iqtidarının Ermənistanla bağlı yürütdüyü siyasəti kəskin tənqid edib. Türkiyənin "Yeni Şafak" qəzetinin yazdığına görə, MHP başqanı AKP hökuməti yetkililərinin çox ciddi fikir qarışıqlıqlarını ifadə edib. Cəmiyyətin çox həssas münasibət bəslədiyi mövzuda aparılan müzakirələrin detallarının gizlin saxlandığını qeyd edən Baxçalı məsələ ilə bağlı Türkiyə Böyük Millət Məclisinə heç bir bilginin verilmədiyini, baş nazirin bir-biri ilə uyğun gəlməyən bəyanatlar verdiyini, xarici işlər nazirinin baş nazirin açıqlamalarını inkar edən bəyanatlar verməsini bildirib: "Baş nazir Ərdoğan bu mövzuda ayaqüstü verdiyi açıqlamalar xaricində tutarlı mövqe ortaya qoymayıb, fikir qarışıqlığı nə etdiyini bilməyən bir baş nazir portreti yaradıb". Baxçalı Ermənistan prezidenti Serj Sərkisyanın ABŞ qəzetlərindən birinə verdiyi müsahibədə Dağlıq Qarabağ və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının Türkiyə-Ermənistan danışıqlarında heç gündəmə gəlmədiyini bildirməsini qeyd edərək vurğulayıb ki, baş nazirin Dağlıq Qarabağ problemi həll edilmədən Ermənistanla sərhədin açılacağı ilə bağlı açıqlamalarını da yalanlayıb. Sərkisyanın Qarabağın erməni torpağı olaraq qalacağını bəyan etməsini, Türkiyəyə meydan oxumasını qeyd edən Baxçalı baş nazirin tutarsız bəyanatlarının öz Xarici İşlər Nazirliyi və Ermənistan prezidenti tərəfindən yalanlanması və bunun müqabilində baş nazirin susqunluq nümayiş etdirməsini qəbul olunan vəziyyət olmadığını dilə gətirib: "Bu işin sahibi və siyasi sorumlusu kimdir? Ermənistanla aparılan gizlin müzakirə prosesini prezidentmi yürüdür, baş nazirmi yürüdür? Xarici işlər nazirinin bu işdə rolu nədir?" Ermənistanla münasibətlərin normallaşdırılmasına başlanması, sərhədlərin açılması üçün üç başlıca şərtin olduğunu qeyd edən MHP başqanı bildirib ki, ilkin şərtlər Ermənistanın Türkiyənin ərazi bütövlüyünü tanıması, "erməni soyqırımı" ilə bağlı aparılan təbliğatın dayandırılması, bu iddiadan əl çəkilməsi və Ermənistanın zorla işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsidir: "Ermənistan bu 3 məsələni həlli ilə bağlı addım atmayacağı təqdirdə münasibətlərin normallaşdırılması istiqamətində addım olmayacaq. Bunun əksini düşünməyin və bu yöndə addım atmağın Türkiyənin milli maraqları, onun heysiyyatını ayaqlar altına atmaq və Ermənistana təslim olmaq anlamına gələcəyini heç vaxt unutmamalıyıq". Baxçalı həmçinin baş nazir Ərdoğana suallar da ünvanlayıb. O vurğulayıb ki, Ermənistan öz qara niyyətlərindən əl çəkmədiyi halda bu ölkə ilə yaxınlaşmaq istiqamətində addım atmaq yolverilməzdir. Nəsimi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar