SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanında buzlar əriyir...

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanında buzlar əriyir...

Gunaz.tv
Səudiyyə Ərəbistanında buzlar əriyir... Səudiyyə qadınları da səs verəcək Səudiyyə Ərəbistanında bu il keçiriləcək seçkilərdə qadınlar da səs verə biləcəklər. Qeyd edək ki, 1932-ci ildən 2005-ci ilədək keçirilən seçkilərdə ölkənin yalnız kişi vətəndaşlarının səsvermə hüququ olub. Ölkənin bələdiyyə və kəndlər üzrə nazir müavini "Suudi El Vatan" qəzetinə verdiyi müsahibədə bələdiyyə seçkilərində qadınların da səs verməsi üçün hazırlıqların aparıldığını deyib. Nazir müavini onu da vurğulayıb ki, qadınlar səsvermədə iştirak etsələr də, namizədliklərini verə bilməzlər. Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınlar 2005-ci ildə səsvermə hüququ əldə ediblər. Ötən ilin noyabr ayında Nazirlər Kabinetini təzələyən Kral Abdulla isə ölkə tarixində ilk dəfə bir qadını nazir təyin edib. Ölkə ərazisində qadınların maşın sürməsinə qoyulan qadağanın götürüləcəyi də gözlənilir. AYXAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar