SON XƏBƏRLƏR

İlkər Başbuğ: Sərhədin açılması Ermənistanın Dağlıq Qarabağ və işğal etdiyi digər rayonları boşaltması ilə eyni vaxt olacaq

2021.10.20, 07:36
İlkər Başbuğ: Sərhədin açılması Ermənistanın Dağlıq Qarabağ və işğal etdiyi digər rayonları boşaltması ilə eyni vaxt olacaq

Gunaz.tv
Türk Ordusunun rəhbəri sərhədlərin nə vaxt açılacağını söylədi İlkər Başbuğ: “Əsas problem Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsidir” Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ bu gün Ankarada mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, konfrans televiziyalar vasitəsilə birbaşa yayımlanıb. Baş Qərargah rəisi jurnalistlərin çoxsaylı sualını cavablandırıb. Başbuğ Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətindən aparılan müzakirələrə və sərhədlərin açılmasına münasibət bildirib. “Əsas problem Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsidir. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çıxması vacibdir. Sərhədin açılması Ermənistanın Dağlıq Qarabağ və işğal etdiyi digər rayonları boşaltması ilə eyni vaxt olacaq. Baş nazir Rəcəb Tayyib Ərdoğanın bu məsələdəki mövqeyini dəstəkləyirik”, - deyə ordu generalı bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar