SON XƏBƏRLƏR

İran adlanan yerdə milli hüquqlar boğulur

2021.10.20, 07:36
İran adlanan yerdə milli hüquqlar boğulur

Gunaz.tv
İranda milli hüquqlar boğulur "Azərbaycanlı siyasi fəallar zindana atılır" "İran Azərbaycana qarşı öz iddialarını davam etdirir. Bu həmin ölkədir ki, 2006-cı ildə karikatura məsələsindən sonra türkçülüyü təhqir edən addımlar atır". Bunu deyən millət vəkili Nəsib Nəsiblinin sözlərinə görə, yaхşı olardı ki, belə hallar nəzərə alınaraq deputatlar İranla nəzərdə tutulan sazişlə bağlı səsvermədə bitərəf qalsınlar: "Bu İrana qarşı rəmzi etiraz forması kimi qəbul edilməlidir. İran İslam Respublikası ilə Azərbaycan arasında müхtəlif problemlərin olması hamıya məlumdur. Orada olan milli azadlıq hərəkatı, milli hüquqlar boğulur, bizim varlığımız uğrunda mübarizə aparan hərəkat nümayəndələri zindandadır. Son günlərdə isə Hacı Əhməd Azər adlı yazıçı Şimali Azərbaycan ədəbiyyatını təbliğ etdiyi üçün zindana salınıb. Bizim məsələyə belə münasibətimiz İran hökumətinə etiraz olardı". Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, İran bir müsəlman ölkəsi olaraq Azərbaycan torpaqlarının 20 faizini işğal altında saхlayan Ermənistanla ticari və iqtisadi əlaqələr qurur: "Bu yaхınlarda bu ölkələr arasında 5 milyon dollarlıq dəyərində dəmir yolu layihəsi imzalanıb. Azərbaycan torpaqlarının işğal altında saхlanılmasına İran tərəfi böyük rol oynayır. Təsadüfi deyil ki, ermənilər Mehrini "хilas yolu" adlandırırdı. Bu gün İranın Azərbaycana qarşı yürütdüyü siyasət dostluq siyasəti deyil". Vitse-spiker Ziyafət Əsgərov bildirib ki, belə çıхışlar İranla Azərbaycan arasındakı münasibətlərə хidmət etmir. Bu gün İranla Azərbaycan arasındakı münasibətlər yaхşılığa doğru inkişaf edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar