SON XƏBƏRLƏR

İlham Əliyev: «Azərbaycan, bazar qiyməti 400-500 dollara olan qazı Türkiyəyə 120 dollara satıb»

2021.10.20, 07:36
İlham Əliyev: «Azərbaycan, bazar qiyməti 400-500 dollara olan qazı Türkiyəyə 120 dollara satıb»

Gunaz.tv
İlham Əliyev: «Azərbaycan, bazar qiyməti 400-500 dollara olan qazı Türkiyəyə 120 dollara satıb» «Azərbaycan Dövlət Neft Şirkəti “Şahdəniz” layihəsinin yeganə üzvü deyil və konsorsium Türkiyəyə verilən qazın qiymətinə yenidən baxmaq niyyətindədir» “Azərbaycan Dövlət Neft Şirkəti “Şahdəniz” layihəsinin yeganə üzvü deyil”. Azərbaycan Brüsseldə Avropa Siyasi Mərkəzinin nümayəndələri ilə görüşdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması səyləri ilə bağlı Azərbaycanın Türkiyəyə verdiyi təbii qazın qiymətini artıracağı barədə məlumatları şərh edərkən deyib. ANS PRESS xəbər verir ki, bu barədə məlumatı Türkiyənin "Zaman" qəzetinin internet saytı yatıb. İlham Əliyevin sözlərinə görə, «Şahdəniz» konsorsiumu ilə Türkiyə arasında 2001-ci ildə imzalanmış müqavilədə qazın hər min kub metri üçün 120 dollarlıq maksimal qiymət müəyyənləşdirilib. Qiymətin etibarlılıq müddətinin 1 il olduğunu xatırladan Azərbaycan prezidenti məlumat verib ki, tərəflərin üzərində razılaşdığı son müqavilə keçən ilin aprel ayınadək qüvvədə olub. İlham Əliyev deyib ki, «Şahdəniz» konsorsiumu yeni qiymətin müzakirə edilməsi qərarına gəlib: «İndidən yeni qiymətin daha yüksək və daha az olacağını demək çox çətindir. Neftin qiyməti düşür. Bəlkə də təbii qazın da yeni qiyməti daha az olacaq. Amma bu, bazar qiymətlərinə uyğun olmalıdır. Məlumatı olanlar bilirlər ki, Türkiyə Rusiyadan 400, bəzən 500 dollara, Əlcəzairdən 300 dollara və daha yuxarı qiymətlərə təbii qaz alırdı. Bu məlumatlar sirr deyil. Keçən il isə Azərbaycandan 120 dollara qaz alınarkən qazın dünya bazarındakı qiyməti 400-500 dollar səviyyəsində idi. Belə vəziyyətdə «Şahdəniz» konsorsiumunun buna görə nə qədər böyük zərər etdiyini hesablaya bilərsiniz». Azərbaycan prezidenti onu da bildirib ki, hər şey müqavilələrə söykənməlidir: «Biz beynəlxalq öhdəliklərimizə hörmətlə yanaşırıq və beynəlxalq müqavilələri heç vaxt pozmamışıq. Bütün müzakirələr müttəfiqlik, dostluq, xoş niyyət, qarşılıqlı maraq, ədalətli bazar qiymətləri və qanun çəçivəsində aparılmalıdır. Bu zaman qiymət artımı və ya endirimdən danışmaq olmaz. Müqavilə öhdəliklərimizi və bazar qiymətlərini müzakirə etməliyik». /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar