SON XƏBƏRLƏR

İrandan və Rusiyadan gətirilən külli miqdarda narkotik tutulub

2021.10.20, 07:36
İrandan və Rusiyadan gətirilən külli miqdarda narkotik tutulub

Gunaz.tv
İrandan və Rusiyadan gətirilən külli miqdarda narkotik tutulub İran İslam Respublikasından və Rusiyadan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinə İran İslam Respublikasından Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi barədə məlumat daxil olub. Məlumata əsasən, idarə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən “Şəki” restoranının qarşısında Xəqani Vidadi oğlu Ağayevin idarə etdiyi və Taryel İsmayıl oğlu İsmayılovun sərnişin qismində əyləşdiyi “VAZ 21011” markalı, 10 HA 692 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerindən ümumi çəkisi 19,970 kq narkotik vasitə olan həşiş aşkarlanıb. Eyni zamanda Xaçmaz Gömrük İdarəsi “Yalama” gömrük postunun əməkdaşları tərəfindən gömrük nəzarəti zonasına daxil olan 55 saylı “Bakı-Moskva” sərnişin qatarına keçirilən gömrük baxışı zamanı həmin qatarın 9-cu vaqonunun 3 nömrəli kupesindən polietilen bağlamalarda ümumi çəkisi 3,995 kq narkotik vasitə olan həşiş qətranı aşkarlanaraq, götürülüb. Azərbaycan Respublikası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan “Vaz 21061” markalı, B 416 UM 96 RUS nömrəli avtomaşına keçirilən gömrük baxışı zamanı, qaz yanacağı balonu şübhə doğurduğu üçün sökülüb və oradan xəmir mayasının qablaşdırılması üçün nəzərdə tutulan ağ polietilen bağlamalarda ümumi çəkisi 9,935 kq həşiş aşkarlanıb. Azərbaycan Respublikası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan 373 saylı “Bakı-Tümen” qatarının 8-ci vaqonuna keçirilən gömrük baxışı zamanı həmin vaqonun sərnişini Ramin Kərimağa oğlu Həsənovun kapron bankalardakı mürəbbənin içərisində gizlətdiyi qara və ağ polietilen bağlamalarda 5,825 kq həşiş götürülüb. Xaçmaz Gömrük İdarəsi “Yalama” gömrük postunun əməkdaşları tərəfindən gömrük nəzarəti zonasına daxil olan 55 saylı “Bakı-Moskva” sərnişin qatarının 9-cu vaqonuna keçirilən gömrük baxışı zamanı Azərbaycan Respublikası vətəndaşı Hikmət Sulduz oğlu Əliyevdən 38,630 kq həşiş qətranı götürülüb. Bütün faktlarla bağlı təhqiqat aparılır. Şəhriyar Əlizadə

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar