SON XƏBƏRLƏR

TÜRKİYƏ PREZİDENTİ AZƏRBAYCAN PREZİDENTİNİN AÇIQLAMASINA MÜNASİBƏT BİLDİRDİ

2021.10.20, 07:36
TÜRKİYƏ PREZİDENTİ AZƏRBAYCAN PREZİDENTİNİN AÇIQLAMASINA MÜNASİBƏT BİLDİRDİ

Gunaz.tv
TÜRKİYƏ PREZİDENTİ AZƏRBAYCAN PREZİDENTİNİN AÇIQLAMASINA MÜNASİBƏT BİLDİRDİ Abdulla Gül Türkiyə prezidenti Abdulla Gül Azərbaycanın dövlət başçısı İlham Əliyevin Brüsseldəki açıqlamalarına münasibət bildirib. Bu gün Praqaya gedərkən Ankaradakı “Esenboğa” hava limanında jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti iki ölkə arasında tam qarşılıqlı dialoq və məsləhətləşmə olduğunu deyib: “Azərbaycan və Türkiyə münasibətləri hər hansı iki ölkə münasibətlərinin çox üstündədir. Bir-birimizə verdiyimiz önəm də iki qonşu, dost ölkənin bir-birinə verdiyi önəmin çox-çox üstündədir. Bu yanaşmada hər hansı dəyişiklik də olmayacaq”. Abdulla Gül hər bir müstəqil ölkənin öz daxili və xarici siyasətini təyin etməkdə azad olduğunu vurğulayıb: “Biz hər zaman Azərbaycanı düşünürük. Azərbaycan da bizi düşünər. Aparılan diplomatiya həm Türkiyə, həm də Azərbaycan üçündür. Günü gəldiyi zaman hər kəs bunu təqdir edəcək”. Belçikada işgüzar səfərdə olan dövlət başçısı aprelin 28-də Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinə də toxunub. İ.Əliyev Azərbaycanın bu məsələyə münasibətinin dəyişmədiyini vurğulayıb: “Sərhədi açıb-açmamaq ölkələrin öz işidir”. Türkiyənin Ermənistanla sərhədi 1993-cü ildə Qarabağın işğalına görə bağladığını yada salan İ.Əliyev işğalın davam etdirildiyini də xatırladıb. O bildirib ki, Azərbaycan bölgədəki siyasi dəyişikliklərə uyğun reaksiya vermək hüququnu özündə saxlayır. Prezident deyib: “İndi bizə müxtəlif informasiyalar çatır. Bəzi mənbələr Türkiyə-Ermənistan sərhədinin açılmasının Qarabağ münaqişəsi ilə bağlı olacağını xəbər verir. Bəzi mənbələr isə bildirir ki, sərhədlərin açılmasının Qarabağ münaqişəsinə heç bir aidiyyəti yoxdur. Məncə, dəqiq cavab alıb əsl vəziyyətin necə olduğunu bilməyin vaxtı çatıb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar