SON XƏBƏRLƏR

İSLAM ÖNCƏSİ FARS KÜLTÜRLƏRİ və DİGƏR XALQLARA VƏ KÜLTÜRLƏRƏ BASQI MƏSƏLƏSİ - Oğuzhan Ataman

2021.10.20, 07:36
İSLAM ÖNCƏSİ FARS KÜLTÜRLƏRİ və DİGƏR XALQLARA VƏ KÜLTÜRLƏRƏ BASQI MƏSƏLƏSİ - Oğuzhan Ataman

Gunaz.tv
İSLAM ÖNCƏSİ FARS KÜLTÜRLƏRİ və DİGƏR XALQLARA VƏ KÜLTÜRLƏRƏ BASQI MƏSƏLƏSİ - Oğuzhan Ataman İslam`dan qabaq İran tarixi ilə əlaqədar bəzi kitablarda bu dövrki Fars hakimiyətinin, hegemonyası altında olan kültürlərin dəstəkçisi olduğu, bu kültürlərə heç bir basqı etmədiyi görüşlərinə yer verilmişdir. Öz deyişləri ilə “fərhəngsaz nə fərhəngsuz”. Bu görüşün İslam`dan qabaq İran kültürünün bütün dövrləri üçün doğru və mötəbər olmadığı, bəzi dövrlərdə başqa millətlərə ağır basqılar edildiyi və böyük zülmlər olduğu görülməkdədir. Bu mövzü ilə bağlı bəzi məsələlərə qıssaca təmas etmək lazimdir. Şərq dünyasında qurulan bütün imperiyalara baxdığımız zaman hamısında dini teloransın var olduğu görülür. Bu dini telorans siyasi cəhətdən hakimiyətə rəqib olmayan və ola bilməyən kiçik tābe boylara və məhəlli kültürlərə tanınırdı. Bu teloransın iqtisadi vəya əmniyəti səbəbləri olabilərdi. Vergiləri mürəttəb bir şəkildə axsamadan alabilməsi, ticarət yollarını təhlükəyə atmayaraq əmniyət altında tutması üçün geniş topraqları və fərqli içtimaları hakimiyəti altına gətirmiş bir imperiya vəziyəti qoruyabilməsi üçün məğlub xalqlara bəzi imtiyazlar verməlidir. Dinin əsasi rol oynadığı və içtimanın bir çox ünsürünə hakim olduğu qədim dünyada xalqların muhafizəkar olduqları, böyük dəyişikliklər qarşısında dayandıqları bilinməkdədir. Hələ bu dəyişikliklər yad ellərin kültürlərindən qaynaqlanan bir dəyişiklik olsa və zorla təhmil olsa bu muqavimətin daha da böyük əb`adı olur. Onun üçün Həxaməneşlər və Əşkanilər də daxil Hun, Göy Türk, Mongol kimi böyük şərq imperiyalarında bu dini teloransın icra olunması məcburiyəti vardı. Yəni bəzi İran tarixçilərinin “İslam`dan qabaqkı Pars sülalələri məhəlli kültürlərin dəstəkçisiydilər” açıqlaması o sülalələrə bir imtiyaz qazandırma nöqtəsində əhəmiyətini əldən verir. Çünki bu icraat bütün qədim imperiyaların imkanlarının və enerjilərinin məhəllə isyanları bastırmaq üçün işlənərək dağılmamasıyla onların ayaqda durabilməsi və varlığını dəvam etdirəbilməsi üçün çox mühim idi. Bu imperiyalara tābe edilən ölkələr və xalqlar hər şeydən qabaq müstəqil dövlətlərindən məhrum buraxılmışlardı. Yəni onların milli kültürlərinin ən böyük məhsulu olan milli dövlətləri ortadan qaldırılmışdır. Hökümdar dəyişikliyi olduğunda otoritə boşluğu yarandığı üçün isyan bayrağı qaldıran bir çox xalqın, məhrum buraxılan milli dövlətlərini yenidən qurma təlaşına düştüyünü bu yöndə dəyərləndirmək gərəkir. Bunun yanında bu xalqların iqtisadi basqılara da məruz qaldıqları, bu səbəbdən ötürü ağır şərtlərdə yaşadıqları bilinməkdədir. Bu şərtlər bəzi zamanlarda çox çətin olurdu və xalqı mərkəzi hükümətdən bezdirmə və ona isyan eləmə nöqtəsinə gətirirdi. Qardaşı Berdiya`yı öldürüp Mısır fəthinə çıxan Həxaməniş hökümdarı Kambuciyə`nin yoxluğunda taxtı ələ geçirən Moğ dinadamı Geomata, xalqdan ağır vergiləri və zorunlu əsgərliyi qaldırdığı üçün çox böyük tərəfdar kütləsi qazanmışdır. Onun bu qədər tərəfdar qazanması komplo etmək istəyən Dariuş və dostlarını dərin düşündürmüşdür. Bu da o dövrlərdə xalqın yaşam şərtlərinin nə qədər ağır olduğunu göstərməkdədir. Bu da qeyd edilməyə dəyər ki bəzi hökümdarlar zamanında Pars məntəqəsinə vergi muafiyəti tanınmışdır. İran kültürünün təməl daşını təşkil edən və bugünkü kültürdə də mühim payı olan Sasanilər dövrünə gəldiyimiz zaman basqıların daha da arttığını, iqtisadi sıxıntılar və ağır vergilərin yanında Zərdüşti olmayan digər dini gruplara da ağır basqılar və hətta qətliamlar edildiyi tarixi əsərlərdə yerini almışdır. Bilindiyi kimi Zərdüşti ədəbiyatı şəfahi ədəbiyattir. Sasanilər dövründə Xıristiyanlıq və Manilik kimi kitablı dinlərin ortaya çıxması və xalq arasında daha rahat yayılabilmə imkanına sahib olması Zərdüşti dinadamlarını qorxutmuş və yazı kültürünü başlatmaları yanında bu dinlərə mənsub digər xalqlara ağır sıxıntılar verməyə başlamışlardır. Bu iş Mani`nin zindanda dərisi soyularaq öldürülməsi və tərəfdarlarının qətliama uğraması, Məzdək tərəfdarlarının da eyni aqibətə duçar olması qədər irəliyə getmişdir. Eyni məsələni Xıristiyanlıq mövzüsündə də söyləmək mümkündür. Bu dinə mənsub olanlar da ağır bədəllər ödəmişlərdi. Xıristiyan şəhitlər məsələsi və buraxdıqları məktubları günümüzə qədər gəlmişdır. Xususiylə Xıristiyanlığın 339 ilində Bizans İmperiyası`nın rəsmi dini olduqdan sonra İran`dakı Xıristiyanlar çox fəci işkəncələr və qətliamla qarşılaşdılar. Sasanilərin bu dinə qarşı aldıqları acımasız tədbirlər Xıristiyanlığın İran`da yayılmasını əngəlləmişdir. Bəzi alimlərə görə Xıristiyanlara qarşı qətliamlar və sıxıntılar olmasaydı bugün İran`ında İslam`ın yerində Xıristiyanlıq olacaqdı. Bu baxımdan mollalar bu sülaləyə qarşı minnətdar olmalıdırlar. Bəlkə də onların cızığında hərəkət etmələri və İran`da yaşayan başqa kültürlərə yaşama şansı tanımamaları onlara qarşı hissetdikləri bu minnətdarlıq və sempati olabilər. Ermənistan məntəqəsi Əşkanilər dövründə olduğu kimi Sasanilər dövründə də Roma ilə rəqabət məsələsi idi. Bu ölkə bir Parsların bir Roma`nın kontroluna geçirdi. Ermənilər Xıristiyanlığı qəbul elədikdən sonra daha çox dindaşları olan Roma və Bizans`a təmayul göstərirdilər. Bu da tez tez Sasanilərin o ölkəyə həmlə eləməsinə səbəb olurdu. Sasani hükümdarı 2. Yazdgerd dövründə vəziri Mehr Narse vasitəsiylə Ermənilərə Xıristiyanlığı rəddedib Zərdüştiliyi qəbul eləmə mövzüsündə ağır basqı vardı. Ancaq Balaş dövründə (484-488) iki ölkə arasında bağlanan muqavilə ilə bu basqılara son verilmişdir. Bizans-Sasani savaşlarının birində 614 ilində Beyt ül-Muqəddəs üç həftə muhasirədən sonra Sasanilərin əlinə geçmişdir. Xıristiyanlar əleyhinə muqəddəs savaş olaraq e`lan edilmiş və Yəhudilərin köməyi ilə şəhir alınmışdır. Burada minlərcə Xıristiyan insan öldürülmüş və kilisələr yıxılmışdır. Hətta kilisənin xaçlarını yağmalayaraq Tisfun`a aparmışdılar. Bu isə Sasanilərin Xıristiyanların başına gətirdiyi bəlalardan sadəcə biridir. Sasanilər zamanında tābe xalqların çekdiyi sıxıntılar və basqılar o dərəcə çox idi ki bəzi alimlərin görüşünə görə İslamiyət və Ərəblər İran`a gəldikləri zaman bir kurtarıcı mələk kimi qarşılanmışdılar və çox sayıda insanın bu dini qəbul eləməsi də bunu göstərməkdədir. İran ölkəsi və orada yaşayan xalqlar Zərdüştilik və bu dinin ən əsasi təməli olan zidd ikili inanc üzündən ağır bədəllər ödəmişdir. “Mənim tərəfimdə (mənim kimi) olmayan mənim düşmənimdir” zehniyət, siyasi iqtidarı ələ geçirdiyi zaman əlbəttə ki bu tip cinayətlər və qətliamlar qaçınılmaz olacaqdır. Günümüzdə İran sisteminə və son əsrdəki icraatına baxdığımız zaman bu zehniyətin bənzər bir şəklinin dəvam etdiyi görülməkdədir və bu da düşündürücüdür. DR. Oğuzhan Ataman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar