SON XƏBƏRLƏR

İLHAM ƏLİYEVİN SUALINA TÜRKİYƏDƏN REAKSİYA GƏLDİ

2021.10.20, 07:36
İLHAM ƏLİYEVİN SUALINA TÜRKİYƏDƏN REAKSİYA GƏLDİ

Gunaz.tv
İLHAM ƏLİYEVİN SUALINA TÜRKİYƏDƏN REAKSİYA GƏLDİ Yaşar Yakış “İlham Əliyev Türkiyə hökumətinə istədiyi sualı ünvanlaya bilər. Əminəm ki, bizim hökumətimiz də qardaş ölkənin rəhbərinin sualına uyğun cavabı verəcək”. Bu sözləri Türkiyə Böyük Millət Məclisi Avropaya uyğunlaşma komissiyasının sədri, keçmiş xarici işlər naziri, hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Yaşar Yakış “Media forum” saytına açıqlamasında deyib. Azərbaycan prezidenti İlham Əliyev aprelin 28-də Brüsseldə Türkiyə hökumətinə dolayısıyla “Dağlıq Qarabağ nizamlanması Ermənistanla yaxınlaşma kontekstindən çıxarılıb, yoxsa yox” sualını ünvanlayıb. Yaşar Yakış “Media forum” saytına bildirib ki, Türkiyənin bu məsələdə mövqeyi birmənalıdır: “Dağlıq Qarabağ məsələsində irəliləyiş olmadan, sərhəd açıla bilməz, heç bir paket həyata keçirilməz. Mən Ermənistanla yol xəritəsinə Dağlıq Qarabağın nizamlanması şərtinin ayrıca bənd olaraq əlavə edilib-edilmədiyini bilmirəm. Çünki bu işlə Xarici İşlər Nazirliyi məşğul olur. Amma hətta bir anlıq Dağlıq Qarabağ məsələsinin yol xəritəsində göstərilmədiyini fərz etsək belə, bu, Türkiyənin şərtlərinin dəyişməsi anlamına gəlməz. Dağlıq Qarabağ məsələsi yol xəritəsinin irəliləməsində bağlayıcı şərtdir. Bu məsələdə irəliləmə olmadan Ermənistanla normallaşma istiqamətində heç bir paket irəliləməz. Heç bir Türkiyə hökuməti Dağlıq Qarabağ problemi bu halda durarkən, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində ciddi addım ata bilməz”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar