SON XƏBƏRLƏR

Qüdrət Həsənquliyev millət vəkillərini İranla Azərbaycan Respublikası arasında imzalanan sazişlərin əleyhinə səs verməyə çağırdı

2021.10.20, 07:36
Qüdrət Həsənquliyev millət vəkillərini İranla Azərbaycan Respublikası arasında imzalanan sazişlərin əleyhinə səs verməyə çağırdı

Gunaz.tv
Parlamentin iclası qalmaqallı keçdi Qüdrət Həsənquliyev millət vəkillərini İranla Azərbaycan Respublikası arasında imzalanan sazişlərin əleyhinə səs verməyə çağırdı "Ermənistanın torpaqlarımızı işğal etməsində ən böyük rol oynayanlardan biri İrandır" Cari məsələlər üçün ayrılmış vaxtda çıxış edən millət vəkili İqbal Ağazadə orta məktəblərdə şagirdlərdən yaşıllaşdırma, ağac tingləri alınması üçün pul yığılması barədə məlumatlar olduğunu söylədi. O, spikerin bu məsələylə maraqlanmasını istədi. İqbal Ağazadə bir sıra büdcə təşkilatlarında insanların maaş ala bilmədiklərini, maaş tələb etdikdə işdən çıxarılacaqlarıyla hədələndiklərini bildirdi. Spiker Oqtay Əsədov büdcə təşkilatlarında maaşların verilməməsi barədə söylənilənləri yanlış saydı. "Azərbaycan və Türkiyə xalqını heç kim düşmən edə bilməz" AVP sədrinin müavini Zahid Oruc dedi ki, Ermənistanı maddi baxımdan Türkiyənin boğazına bağlamağa çalışırlar. Saxta soyqırımla bağlı ermənilərin Ağ Evə minlərlə məktub göndərdiklərini xatırladan millət vəkili azərbaycanlıların da Xocalı soyqırımı ilə bağlı beklə məktublar göndərməsini zəruri sayır: "Gəlin, bu yolla biz də ABŞ prezidentinin fevralın 26-da azərbaycanca müraciət etməsinə nail olaq". Oqtay Əsədov ermənilərin, erməni diasporunun bu sahədə işlədiklərini, ancaq bizim işləmədiyimizi etiraf etdi. Daha sonra BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış etdi. 1 may münasibətiylə bütün zəhmətkeşləri təbrik edən millət vəkili Pənah Hüseyn 1 mayın bayram günü elan edilməsiylə bağlı parlamentə ünvanladığı qanun layihəsinin taleyilə maraqlandı. O, maaşları verilməyən "Qafqaz Holdinq"in işçilərini məzuniyyətə göndərdiyini nəzərə çatdırdı və hökuməti məsələylə maraqlanmağa çağırdı. Pənah Hüseyn Şəhidlər Xiyabanındakı məscidin təmir adıyla bağlanmasından da söz açdı: "Dindarlara doğru məlumat verilməlidir". BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Yasamalda döyülən ANS-çilərlə bağlı qaldırdığı məsələni haqlı sayan Pənah Hüseyn müxbirlərin döyülməsinə ciddi reaksiya verilməsini gərəkli saydı. Spiker Pənah Hüseynin dediklərinə reaksiya verdi: "1 mayı bayram kimi siz ləğv etmisiniz. Parlamentə göndərdiyiniz layihəyə də baxılacaq. Məscidə gəlincə, məscid bağlanmayıb. Onu da deyim ki, indi kim Azərbaycan və Türkiyənin arasını qarışdırmağa, qızışdırmağa çalışırsa, o, hər iki xalqın düşmənidir. Azərbaycan və Türkiyə xalqını heç kim düşmən edə bilməz". "Ağdama işığın fasilələrlə verilməsi yaxşı hal deyil" "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Ağdamın yaşayış qəsəbələrinə elektrik enerjisinin fasilələrlə verilməsindən şikayətləndi. Ağdamın kəndlərinə gün ərzində 10 saata qədər işıq verilir, ermənilərdə isə gün ərzində işıqlar yanır: "Bu, yaxşı hal deyil. Digər tərəfdən, elektrik enerjisi probleminə görə artezian sularından suvarma məqsədiylə istifadə də mümkün olmur. Əhalini bu, çox narahat edir. Oqtay müəllim, bizim cəhdlər səmərə vermir, xahiş edirik ki, siz məsələyə müdaxilə edəsiniz. Prezidentin qaçqın və köçkünlərə qayğısı hər kəsə nümunə olmalıdır". BAXCP sədrinin fikirlərini dəstəkləyən AVP sədri Fəzail Ağamalı birgə bəyanata Türkiyənin iki əsas müxalifət partiyasının millət vəkillərinin də imza atdıqlarını nəzərə çatdırdı. O, millət vəkillərini prinsipial mövqe sərgiləyən Azərbaycan prezidentinə dəstək verməyə, Azərbaycan-Türkiyə strateji dostluğuna, qardaşlığına xələl gətirməməyə çağırdı. Müsavat deputat qrupunun üzvü İkram İsrafil qarşıdan bələdiyyə seçkilərinin gəldiyini söylədi: "Seçki Məcəlləsini dəyişmək, müxalifətin komissiyalarda iştirakını təmin etmək lazımdır". Sumqayıtda müəssisələrin bağlandığına diqqət çəkən millət vəkili parlamenti bu məsələni hökumət qarşısında qaldırmağa çağırdı. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə keçən həftə bir qrup millət vəkillərinin cəbhə bölgəsinə səfər etdiklərini nəzərə çatdırdı. O, Azərbaycan ordusunun silah-sursat, texnika, zabit-əsgər heyətinin peşəkarlığına görə işğalçı ölkənin ordusundan dəfələrlə üstün olduğunu vurğuladı. Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçildi. İşğalçını dəstəkləyən İrana etirazlar "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Sazişin və onun Protokolunun və hökumətlərarası iqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlığa dair Protokolun təsdiqlənməsi barədə qanun layihələrinin müzakirəsi qızğın mübahisələrlə yadda qaldı. Millət vəkili Nəsib Nəsibli dedi ki, dövlət maraqları bu müqavilənin əleyhinə çıxmağa imkan vermir: "Ancaq İran o ölkədir ki, 2006-cı ildə türklüyü təhqiq edən karikaturanın işıq üzü görməsinə yol verib. Mən millət vəkillərinin bir hissəsini bitərəf qalmağa çağırıram. İran bizim milli fəallarımızı zindana salır. Əgər bitərəf qalsaq, bu da İran hakim dairələrinə bir mesaj olar". BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev millət vəkillərini ümumiyyətlə, bu sənədin əleyhinə səs verməyə çağırdı: "Əvvala, burada söhbət İran İslam Respublikası ilə sazişin imzalanmasından gedir. İran rəsmiləri dəfələrlə müsəlman ölkəsi kimi müsəlman qardaşlığından, İslam birliyindən danışıb. Amma eyni zamanda öz qonşusu olan müsəlman Azərbaycan Respublikasının torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistanla hər cür ticarət-iqtisadi əlaqələr qurub. Bu yaxınlarda da İranla Ermənistan arasında 5 milyard dollarıq bir dəmiryolunun çəkilməsinə dair sənəd imzalandı. Bundan da betəri var. Ermənistandakı son prezident seçkiləri zamanı məlum oldu ki, bu ölkənin torpaqlarımızı işğal etməsində ən böyük rol oynayanlardan biri İrandır. Meğridən keçən yolu Levon Ter-Petrosyan və Robert Köçəryan "həyat yolu" adlandırırdılar. Hətta bir-birlərini ittiham edirdilər ki, onlardan hansısa biri danışıqların nəticəsi olaraq həmin yolu Azərbaycana verməyə hazırlaşırmış. Əminəm ki, müsəlman birliyini pozan, xəyanət edən İslam pərdəsi altında gizlənmiş İrandakı müəyyən siyasi dairələrə "Qurani-Kərim" qənim olacaq. İran bu gün Azərbaycan Respublikasına qarşı dostluq siyasəti yürütmür. Ona görə də təklif edirəm ki, millət vəkilləri bu məsələnin müzakirəsi zamanı aktiv olsunlar, İranın siyasətini pisləsinlər. Millət vəkilləri işğalçı dövlətlə sıx münasibətlər quran İranla Azərbaycan Respublikası arasında sənədin imzalanmasının əleyhinə çıxmalıdırlar". İclası aparan vitse-spiker Ziyafət Əsgərov bu sənədlərin həm Azərbaycanın, həm də İranın maraqlarına cavab verdiyini açıqladı: "Biz İranla mehriban qonşuluq münasibətləri qururuq". Sənədlər 6 nəfər əleyhinə, 1 nəfər bitərəf olmaqla qəbul edildi. "Avropa Birlikləri", "Avropa Birliyi, "Avropa İttifaqı"... Azərbaycan hökuməti və Avropa Birliyi Komissiyası arasında Çərçivə Sazişinin təsdiq edilməsi haqqında qanun layihəsinin dilindəki qüsurlar da tənqid olundu. Nəsib Nəsibli sənədinin bir yerində "Avropa Birlikləri", digər yerdə "Avropa Birliyi, başqa bir yerdə "Avropa İttifaqı" yazılmasının anlaşılmaz olduğunu dedi. Ziyafət Əsgərov onunla razılaşdı: "Burada qəsdən dilə hörmətsizlik yoxdur, ingiliscə orjinaldan tərcümə xətalarıdır. Xarici İşlər Nazirliyi bu nöqsanların aradan qaldırılacağına söz verib". Sənəd qəbul edildi. Mədəniyyət daimi komitəsinin sədri Nizami Cəfərov "Milli arxiv fondu haqqında" qanun əlavə edilməsi barədə qanun layihəsiylə bağlı məlumat verdi. "Milli arxiv fondu haqqında" qanunun 8-ci maddəsinin 3-cü hissəsinə "penitensiar xidmət" sözlərindən sonra "xarici işlər" sözlərinin əlavə edilməsi təklif olunur. Nizami Cəfərov dedi ki, "Milli arxiv fondu haqqında" qanuna edilən əlavə çox mühüm əhəmiyyət daşıyır. Çünki indiyənə qədər Azərbaycanda iki cür arxivlər - ümummilli və xüsusi arxivlər mövcud olublar. Ümummilli arxivlər həmişə tədqiqatçıların, geniş ictimaiyyətin üzünə daim açıq olub və indi də belədir. Amma xüsusi arxivlər məxsus olduqları dövlət orqanlarının ciddi nəzarətindədir: "Məsələn, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Qoşunları Xidmətinin və digər hüquq-mühafizə nazirliklərinin arxivləri qapalı olub. Yəni onlardan kim necə istədi, istifadə edə bilməyib. İndi isə bu sıraya Xarici İşlər Nazirliyinin arxivi əlavə olunur". Sənəd qəbul olundu. Şəhərsalma qaydalarını pozanları cərimə gözləyir "Şəhərsalmanın əsasları haqqında" qanuna əlavə və dəyişikliklərin müzakirəsi qalmaqalla yadda qaldı. Mədəniyyət daimi komissiyasının sədri bildirdi ki, "Şəhərsalmanın əsasları haqqında" qanunun 25-ci maddəsinin 1-ci hissəsinə dəyişikliklər və əlavə ediləcək: "Tikintidə təhlükəsizliyə nəzarət edən orqanın fəaliyyətinə maneəçilik törədildikdə və həmin orqanın göstərişlərinə əməl edilmədikdə"məsuliyyət və cərimə nəzərdə tutulur". Qanundakı tələblər, yəni norma və qaydalar pozulduqda fiziki şəxslər 300-600 manat, vəzifəli şəxslər isə 1500-3000 manat civarında cərimə ödəməli olacaqlar. Milli Məclisdə "sirk söhbəti" Millət vəkili İqbal Ağazadə çıxışında təklif etdi ki, sahibkar yüksəkmərtəbəli bina tikərkən həmin tikinti dəyərində girov qoysun: "Tutaq ki, vətəndaşlardan pul alan sahibkar binanı tikdi, dövlət orqanı da onu istismara yararsız sayıb, sökülməsinə əmr verdi. O halda ev gözləyən, pullarını vermiş vətəndaşlar nə etməlidirlər? Ona görə də binanın tikintisinə başlayarkən sahibkar girov qoymalıdır". Vitse-spiker Valeh Əsgərov deputatları mövzu ətrafında danışmağa çağırdı: "Özünüzə hörmət qoyun. Tikinti və şəhərsalma ilə bağlı qanun layihələri müzakirəyə çıxarılarkən təkliflərinizi verərsiniz". Bu sözə İqbal Ağazadə sərt reaksiya verdi: "Danışığınıza fikir verin". Valeh Əsgərov İqbal Ağazadəyə sirkdə olmadığını bildirdi. İqbal Ağazadə isə vitse-spikerə özünü sirkdəki kimi apardığını söylədi: "Düşəndə paxotkanıza fikir verin". Valeh Əsgərov isə çağırış etdi: "Milli Məclisdən çıxanda sözlərinizi təkrar edərsiniz". Ziyafət Əsgərov qanun layihəsini səsə qoymaqla mübahisəni kəsdi. Daha sonra Hesablama Palatasının hesabatı dinləndi. Vitse-spiker 9 ildir ki, telefonunun dəyişmir Pənah Hüseyn bu vaxta qədər gətirilən telefonların yalnız 50-60 min ədədinin sənədləşdirildiyini, Koreyadan gələn avtomobillərinin aşağı qiymətə, 10-15 min dollara gömrükdə qeydə alındığını, son beş ildə Azərbaycana xaricdən 15 milyon manatlıq qiymətli metal gətirilməsi barədə məlumatların Statistika Komitəsinin saytında yer aldığını nəzərə çatdırdı: "Təkcə Mərkəzi Univermağın piştaxtalarına baxılsa, ölkəyə gətirilən qiymətli metalların bundan dəfələrlə çox olduğunu gbrərik. Hesablama Palatası bu kimi məsələlərə də diqqət yetirməlidir". Doqquz ildir ki, eyni telefonu işlətdiyini deyən vitse-spiker Ziyafət Əsgərov abonentlərin sayının milyonlarla ölçüldüyü halda hər il ölkəyə gətirilən və qeydə alınan telefon aparatlarının sayının 40 min ədədi keçməməsini təbii sayır. Sonda hesabat səsə qoyuldu və qəbul olundu. Ramiz Mikayıloğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar