SON XƏBƏRLƏR

İRAN ADLANAN YERİN 10 FƏHLƏ TƏŞKİLATI BİRGƏ BƏYANAT YAYIB

2021.10.20, 07:36
İRAN ADLANAN YERİN 10 FƏHLƏ TƏŞKİLATI BİRGƏ BƏYANAT YAYIB

Gunaz.tv
İRANIN 10 FƏHLƏ TƏŞKİLATI BİRGƏ BƏYANAT YAYIB Bəzi ölkələrdə zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü kimi qeyd olunan 1 may bayramı ərəfəsində İranın 10 fəhlə təşkilatı birgə bəyanat yayaraq iş şəraitinin yaxşılaşdırılması, minimum əmək haqqının artırılması üçün tədbirlər görülməsini tələb edib. İran Ali İş Şurası bir neçə ay əvvəl fəhlələrin minimum əmək haqqı məbləğini 264 min tümən (təxminən 264 dollar) həcmində müəyyənləşdirsə də, bəyanatı yayan fəhlə təşkilatları bu məbləğin 800 min tümənə (təxminən 800 dollar) qaldırılmasını istəyirlər. bəyanatda bir çox iş yerinin bağlanması və fəhlələrin işsiz qalması da pislənib: “Biz fəhlələr son dərəcə qeyri-insani bir durum qarşısında sakit oturmayacaq, həyatımızın, varlığımızın məhvə doğru sürükləməsinə icazə verməyəcəyik. Cəmiyyətdəki bütün sərvət və nemətlərin əsas istehsalçısının fəhlələr olduğunu nəzərə alaraq biz yüksək standartlar səviyyəsində olan bir həyatı, refah və firavanlıq içində yaşamağı öz hüququmuz sayırıq”. İran mediası hazırda ölkədə rəsmi işsizlik səviyyəsinin 12 faiz olduğunu yazsa da, fəhlə təşkilatları bu rəqəmin qat-qat çox olduğunu bildirir.MEDİAFORUM

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar