SON XƏBƏRLƏR

Azərbaycan region siyasətinə yenidən baxa bilər

2021.10.20, 07:36
Azərbaycan region siyasətinə yenidən baxa bilər

Gunaz.tv
Azərbaycan region siyasətinə yenidən baxa bilər Prezident İlham Əliyev Aprelin 28-də, Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin Avropa Komissiyasının sədri Xose Manuel Barroso ilə görüşü olub. Görüşdə Avropa Birliyinin Şərq Əməkdaşlığı Proqramı, Avropanın enerji təhlükəsizliyi kimi məsələlər müzakirə edilib. İlham Aliyev qeyd edib ki, Azərbaycan "problemi beynəlxalq normalar, ATƏT və BMT-nin qətnamələri çərçivəsində həll etməyə çalışır". "Həmin qətnamələr erməni qüvvələrinin bizim ərazimizdən şərtsiz geri çəkilməsini tələb edir. Ermənistan hökuməti Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını həll etmə hüququndan danışır. Amma bu hüquq Azərbaycanın ərazi bütövlüyünün pozulması olmamalıdır. Ermənilər artıq öz müqəddəratlarını bir xalq olaraq müəyyən ediblər. Onların suveren Ermənistan dövləti var. Bu məntiqlə gərək ermənilərin dünyada 20 dövləti olsun. Qarabağda yaşayan ermənilər və azərbaycanlılar öz müqəddəratlarını yalnız suveren Azərbaycan daxilində həll edə bilərlər ", - deyib Prezident Əliyev. Türkiyə və Ermənistan arasında sərhəd məsələsinə toxunan İlham Aliyev qeyd edib ki, Azərbaycan "heç bir dövlətin daxili işlərinə və iki ölkə arasında münasibətlərə qarışmır". "Bu Türkiyə və Ermənsitanın verə biləcəyi bir qərardır və öz münasibətlərini necə davam etdirmələri onların öz seçimidir. Ancaq bu sərhədlərin bağlanmasının köklərinə baxsaq, görərik ki, sərhədlər 1993-cü ildə Ermənistanın Azərbaycan ərazisini işğal etməsi nəticəsində bağlanmışdı. Ermənistanın, Azərbaycanın beynəlxalq qanunlarla tanınmış ərazilərini işğalı bu gün də davam edir", - deyib cənab Əliyev. "Biz 2 ölkə arasında münasibətlərin inkişafını durdurmaq və yaxud onları davam etdirmək iqtidarında deyilik. Mən yalnız bir şeyi deyərdim ki, regiondakı bu yeni reallıqlara uyğun olaraq, bizim də öz siyasətimizə yenidən baxmaq hüququmuz var və biz bu hüquqdan istifadə edəcəyik. Biz bu gün bir çox bəyanatlar eşidirik. Bəzi mənbələr deyir ki, ilkin şərt olmadan yol xəritəsi barədə razılığa gəlinib, bəzilər deyir ki, yol xəritəsi şərtlə qəbul oluunub. bu bir söz oyundur. məncə, bütün dünya, region və Azərbaycan xalqı əslində nəyin baş verdiyini bilmək istəyir. Yəni, Dağlıq Qarabağ probleminin həlli məsələsi Türkiyə-Ermənistan yaxınlaşmasına daxildir ya yox, bu çox sadə bir sualdır və ona çox sadə bir cavab verilməldir. ".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar