SON XƏBƏRLƏR

TEHRANDA PARTLAYIŞ TÖRƏTMƏK İSTƏYƏNLƏRİN ABŞ-a BAĞLI OLDUĞU AÇIQLANDI

2021.10.20, 07:36
TEHRANDA PARTLAYIŞ TÖRƏTMƏK İSTƏYƏNLƏRİN ABŞ-a BAĞLI OLDUĞU AÇIQLANDI

Gunaz.tv
TEHRANDA PARTLAYIŞ TÖRƏTMƏK İSTƏYƏNLƏRİN ABŞ-a BAĞLI OLDUĞU AÇIQLANDI Həsən Həddad Tehran İnqilab Məhkəməsi sədrinin təhlükəsizlik işləri üzrə müavini Həsən Həddad jurnalistlərə açıqlamasında paytaxtda partlayışlar törətmək niyyətinə görə həbs edilən 7 nəfərin ABŞ-da fəaliyyət göstərən “İran Monarxiya Qurumu”na bağlı olduğunu deyib. Kəşfiyyat və təhlükəsizlik (ETTELAAT) naziri Qulamhüseyn Möhsüni Ejei iki gün əvvəl jurnalistlərlə söhbətində prezident seçkisi ərəfəsində Tehranın müxtəlif məntəqələrində partlayışlar törətmək niyyətində olan terrorçu dəstə üzvlərinin həbs edildiyini demişdi. Həsən Həddad bildirib ki, tutulanlara ABŞ-da fəaliyyət göstərən və monarxistlərlə əlaqədə olan şəxs başçılıq edib: “Bu qrupa amerikalılar maddi dəstək verib. Ötən il Şirazda baş verən, çoxlu insanın ölümünə, yaralanmasına səbəb olan partlayış da elə həmin qrupun fəaliyyəti ilə bağlıdır”. Terrorçu dəstə üzvlərindən 100 kilo miqdarında partlayıcı maddənin müsadirə edildiyini vurğulayan H.Həddad tutulanların kimliyi barədə açıqlama verməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar