SON XƏBƏRLƏR

ACLIQ EDƏN ƏLALLAHI MƏHBUSLARIN SƏHHƏTİ PİSLƏŞİB

2021.10.20, 07:36
ACLIQ EDƏN ƏLALLAHI MƏHBUSLARIN SƏHHƏTİ PİSLƏŞİB

Gunaz.tv
ACLIQ EDƏN ƏLALLAHI MƏHBUSLARIN SƏHHƏTİ PİSLƏŞİB Baxşəli Məhəmmədi Səhəndəli Məhəmmədi İbadulla Qasımzadə Qanunsuz həbslərinə etiraz əlaməti olaraq Yəzd zindanında bir həftədir aclıq aksiyasına başlayan 3 əlallahı məhbusun - Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və İbadulla Qasımzadənin səhhəti kəskin pisləşib. Qoşaçayın Üçtəpə kəndindən olan bu məhbuslar 2004-cü ildə digər iki əlallahı fəal Mehdi Qasımzadə və Yunis Ağayanla birlikdə hökumət qüvvələrinə silahlı müqavimət ittihamıyla həbs edilib. Məhkəmə 3 nəfəri 13 illik həbsə, M.Qasımzadə və Y.Ağayanı edama məhkum edib. Mehdi Qasımzadə 2009-cu il fevralın 28-də Urmiya zindanında dar ağacından asılıb. “Media forum” saytı güney mənbələruinə istinadla xəbər verir ki, Yəzd şəhər zindanının məsulları əlallahıların özlərinə məxsus ibadətinə mane olur, onları döyür, təhqir edir. Məhbusların ciddi müalicəyə ehtiyacı olmasına baxmayaraq zindan rəsmilərinin onlara həkimə müraciət etməsinə icazə vermədiyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar