SON XƏBƏRLƏR

Türkiyə-Ermənistan münasibətləri Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə edilib

2021.10.20, 07:36
Türkiyə-Ermənistan münasibətləri Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə edilib

Gunaz.tv
Türkiyə-Ermənistan münasibətləri Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə edilib Türkiyə-Ermənistan münasibətləri, prezident Abdulla Gülün sədrliyi ilə çankaya köşkündə, Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə edilib. 5 saat davam edən müzakirələrdən sonra, şura yazılı açıqlama yayıb. ümumi fikirlərin əks olunduğu sənəddə, 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələrə toxunularaq bildirilir ki, türk və erməni xalqlarının ortaq tarixləri ancaq mübahisə doğurmayan real faktlar əsasında, tərəfsiz və elmi bir yanaşma ilə qiymətləndirilə bilər. Açıqlamada o da qeyd olunur ki, şuranın iclasında Türkiyənin milli təhlükəsizliyinə dair siyasi, strateji və iqtisadi məsələlər diqqət mərkəzində olub. İclasda Şimali Kipr Türk Cümhuriyyətində keçirilmiş seçkilər, Əfqanıstan, İraq məsələləri də müzakirə olunub

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar