SON XƏBƏRLƏR

İSRAİL ŞİRKƏTİNƏ TORPAQ SATAN FƏLƏSTINLI ÖLÜM CƏZASINA MƏHKUM EDİLİB

2021.10.20, 07:36
İSRAİL ŞİRKƏTİNƏ TORPAQ SATAN FƏLƏSTINLI ÖLÜM CƏZASINA MƏHKUM EDİLİB

Gunaz.tv
İSRAİL ŞİRKƏTİNƏ TORPAQ SATAN FƏLƏSTINLI ÖLÜM CƏZASINA MƏHKUM EDİLİB Cəza Fələstinin hərbi tribunalı tərəfindən təyin olunub Fələstin qanunlarına görə, israillilərə torpaq satılması vətənə xəyanat hesab olunur. Məhkəmənin qərarı ötən gün Hevron şəhərində ikigünlük dinləmələrdən sonra elan edilib. Məhkəmə onu da müəyyənləşdirib ki, müttəhim -özünə aid olmayan torpağı saxta sənədlərlə satıb. Məhkəmənin qərarına baxmayaraq, hökmün icra olunmayacağı gözlənilir. Çünki Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas ölüm cəzasına müvəqqəti mo-ra-to-rium tətbiq edib. Xatırladaq ki, İsrailə cəsusluqda təqsirli bilinən yeddi fələstinliyə qarşı çıxarılmış edam hökmü də hələ icra olunmayıb

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar