SON XƏBƏRLƏR

Güney Azərbaycanda milli fəallıq yüksəlir

2021.10.20, 07:36
Güney Azərbaycanda milli fəallıq yüksəlir

Gunaz.tv
Höccətülislam Əzimi Qədim: "Əvvəllər ana dili haqda danışmırdılar, ancaq indi ana dilində təhsil istəyirlər" Bu günlərdə bir illik həbs cəzasını başa vuraraq Qum şəhərindəki "Ləngəvud" həbsxanasından sərbəst buraxılan Güney Azərbaycan Milli Hərəkatının fəalı, din xadimi Əbdüləziz Əzimi Qədimi təbrikə ehtiyac görmür. O deyir ki, milləti zindandaykan özünün həbsdən buraxılmağını azadlıq hesab etmir: "Bircə ailəmə görə sevinirəm, uşaqlar başsız qalmışdılar. Bu mənim üçüncü həbsim idi. Turqut Sonuncu ittihamım isə molla paltarı geymək qadağan olunmağına baxmayaraq, qərarı ədalətli saymayıb ana dilində təhsil tələbilə keçirilən aksiyalara həmin libasda getməyim idi. Əslində bu libas məsələsi üzdə təqdim olunan bəhanədir. Kənardan baxıb siyasi məhbus qiyməti verməsinlər. Məqsəd milli hüquqları qoruyan fəallara təzyiq etməkdir. Bundan başqa, İranda türkçü olmaq o demək deyil ki, biz radikal millətçiyik. Hədəfimiz ancaq haqlarımızı müdafiə etməkdir. Onlar istəyirlər göstərsinlər ki, azərbaycanlıların istəkləri islam dinindən uzaqdır. Əslində, biz sübut edəcəyik ki, fars şovinizmi İslamdan uzaqdır. Hesab edirik ki, mollalıq müstəqil bir fəaliyyətdir və bunu hökumətin tənzimləməsi hüquq pozuntusudur". Onun sözlərinə görə, Güney Azərbaycanda fəallıq getdikcə artır. Təbrizdə, Ərdəbildə, Sulduzda, Urmiyada, Qoşaçayda fəallıq daha da yüksəkdir: "Sadə xalq arasında da əvvəlki illərə nisbətən fəallıq çox yüksəlib. Əvvəllər ana dili haqda çox da danışmaq istəmirdilər, deyirdilər ki, dövlət dili bir olar. İndi heç olmasa deyirlər ki, onlar ana dilində təhsil istəyirlər, sadəcə, hökumətə qarşı çıxmaqdan çəkinmirlər. Bir millətin haqqını versən, ayrılmaz, verməsən, ayrılmaq istəyər. Hökumət də bunu bilir. Amma bir qrup fars şovinisti var ki, hökumətə təsiri yüksəkdir, bu adamların məqsədi Azərbaycan xalqını farslaşdırmaqdır, bizi farslara assimilyasiya etməkdir. Haqqını alan millət ayrılıq istəməz, odur ki, inanmıram ki, təzyiqlərin səbəbi ayrılıq qorxusudur". Höccətülislam bildirir ki, İranda problem təkcə ana dili təhsililə bağlı deyil: "İranda haqqı istəmək də qadağandır. Bizim millətlə danışmaq imkanımız yoxdur. Fəalların kiçik qəzetlərini də bağlayırlar, özlərini həbs edirlər. Gedin, Təbriz televiziyasına baxın, adı Azərbaycan türkcəsində televiziyadır, əsas verilişlər farsca verilir. Azərbaycan türkcəsində olan verilişlərdə də hökuməti təbliğ edirlər". Əzimi Qədim vurğulayıb ki, rəsmi Bakıdan dəstək hiss etmirlər: "Amma hökumətdən intizar çox olmaz. Çünki yeni müstəqillik qazanmış dövlətdir, qonşusu ilə münasibətləri pisləşdirmək istəmir. Azərbaycan hökumətindən bir istəyimiz var ki, Qarabağ problemini Güney azərbaycanlıları arasında təbliğ eləsin. Buradakı azərbaycanlılar Qarabağ haqda az məlumatlıdırlar. Amma əsas intizarımız Azərbaycan xalqından, ictimai təşkilatlardan, televiziyalardandır. İstərdik ki, bizi özgə yox, özlərindən bilsinlər".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar