SON XƏBƏRLƏR

ZAHİD ORUC BARAK OBAMANIN AZƏRBAYCAN DİLİNDƏ DANIŞMASINI İSTƏYİR

2021.10.20, 07:36
ZAHİD ORUC BARAK OBAMANIN AZƏRBAYCAN DİLİNDƏ DANIŞMASINI İSTƏYİR

Gunaz.tv
ZAHİD ORUC BARAK OBAMANIN AZƏRBAYCAN DİLİNDƏ DANIŞMASINI İSTƏYİR Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc ABŞ prezidenti Barak Obamanın qondarma «erməni soyqırımı» ilə bağlı çıxışına toxunub: «Qondarma «erməni soyqırımı» məsələsi türk dünyasını təsir altında saxlamaq cəhdidir: «Ermənistanı maddi cəhətdən Türkiyənin boğazına bağlamaq istəyirlər». Deputatın fikrincə, B.Obamanının çıxışı Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini zəiflədir, ermənilərin mövqeyini gücləndirir. Onun sözlərinə görə, çıxışından sonra ermənilər ABŞ prezidentinin elektron ünvanına on minlərlə müraciət göndəriblər: «Prezident Barak Obamanın qondarma «erməni soyqırımı» ilə bağlı müraciətində Türkiyə ilə Azərbaycanın ümumi siyasətinə mənfi təsir edəcək məqamlar var. Bu müraciət Qarabağ məsələsində ermənilərin mövqeyini gücləndirəcək. O, Azərbaycan cəmiyyəti, QHT-lər, diaspor təşkilatlarını ABŞ prezidentinin müraciətinə münasibət bildirməyə çağırıb: «Bunun üçün Azərbaycandan ABŞ prezidentinə çoxlu müraciətlər ünvanlanmalıdır. Elə etməliyik ki, gələn il fevralın 26-da, Xocalı soyqırımı günündə Obama Azərbaycan dilində müraciət etsin. Buna nail olmalıyıq». Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, burada danışmaqla Barak Obamanın fikirlərini dəyişmək mümkün deyil: «Barak Obama fikirlərini deyib. Ona da münasibət bildirildi. O ki qaldı ermənilərin aktivliyinə, bəli, bu belədir. Ermənilər aktivdir, gəlin bunu boynumuza alaq. Onlar işləyirlər, biz işləmirik. Onların xaricdə diasporları da güclü işləyir. Buna görə özümüzü qınamalıyıq».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar