SON XƏBƏRLƏR

Rusiyanın Azərbaycanda hərbi baza yaradmaq niyəti güclənir

2021.10.20, 07:36
Rusiyanın Azərbaycanda hərbi baza yaradmaq niyəti güclənir

Gunaz.tv
Rusiyanın Azərbaycanda hərbi baza yaradmaq niyəti güclənir Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məsələsi ortaya çıxarıla bilər. Rusiya Azərbaycandan icarəyə götürdüyü Qəbələ RLS-in fəaliyyətini gücləndirmək və bu obyektlə bağlı iki ölkə arasında mövcud əməkdaşlığı yeni səviyyəyə qaldırmaq niyyətindədir. Bu barədə Rusiyadakı hərbi mənbələrdən "Ayna"da verilən Məlumata görə, Kreml Azərbaycanla hərbi əməkdaşlığı dərinləşdirməyə qərar verib və bu qərar çərçivəsində iki ölkə arasında münasibətlərin yeni mərhələsinin hazırlanması prosesinə başlanılıb. "Bu proses çox əhatəli və iki ölkənin milli maraqlarına cavab verən qaydada olmalıdır", - deyə mənbə bildirdi. "Ayna"ya verilən məlumata görə, iki ölkə arasında hərbi-siyasi əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya səfəri zamanı bu ölkənin dövlət başçısı ilə görüşündə aparılıb. Ölkə başçıları hərbi sahədə əməkdaşlığın gücləndirilməsi qərarına gəliblər. Beləliklə, yaxın illər üçün Azərbaycan - Rusiya hərbi əməkdaşlığında üzə çıxan əsas məqamlar aşağıdakı kimi olacaq: - Azərbaycan Silahlı Qüvvələrinin kadr təminatında və hərbi təhsil sahəsinin gücləndirilməsində Rusiyanın göstərəcəyi dəstək; - Azərbaycanın müdafiə sənayesi kompleksinin inkişafında Rusiyanın yardımı; - Rusiyanın güzəştli qiymətlərlə Azərbaycan Silahlı Qüvvələrinə silah və hərbi texnika satışı. Bütün bunların müqabilində Kremlin Bakıdan istədiyi əsas məsələ Qəbələ RLS-in fəaliyyətinin gücləndirilməsinə dəstək verilməsi ilə bağlıdır. Əldə olan məlumatlara görə, göstərilən hərbi dəstək əvəzində Rusiya Qəbələ RLS-də fəaliyyətini gücləndirmək və bu obyekti yaxın vaxtlarda hərbi bazaya çevirmək üçün Bakıdan yardım istəyəcək. Ekspertlərin fikrincə, Rusiyanın Qəbələ RLS-i hərbi bazaya çevirmək niyyəti faktik olaraq Azərbaycan Konstitusiyasının maddələrinin pozulması kimi nəticələnə bilər. Məsələ ilə bağlı Kremldə iki çıxış yolu göstərirlər: - birincisi, Azərbaycan Konstitusiyasında xarici bazaların ölkə ərazisində yerləşməsini qadağan edən maddənin ləğv edilməsinə dair ümumxalq referendumunun keçirilməsi; - ikincisi, Rusiyanın Azərbaycanda hərbi mövcudluğunun Konstitusiyaya zidd olmayan anlamda təqdim edilməsi. Aydındır ki, bütün bu proseslər Azərbaycanın Rusiyaya hərbi-siyasi baxımdan yaxınlaşması fonunda baş verə bilər. Ekspertlər hesab edirlər ki, bu, ölkəyə ziyan gətirəcək. Çünki Azərbaycan rəsmiləri Avroatlantik məkana inteqrasiya yolu tutulduğunu dəfələrlə bəyan ediblər. C.SÜMƏRİNLİ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar