SON XƏBƏRLƏR

yenedə İRANdan, AZƏRBAYCANa narkotik daşınır

2021.10.20, 07:36
yenedə İRANdan, AZƏRBAYCANa narkotik daşınır

Gunaz.tv
Yardımlıda 34 kiloqram narkotik vasitə aşkarlanıb Həşiş qətranı İrandan Azərbaycana keçirilərək meşə zolağında gizlədilib Yardımlı rayonu ərazisində qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilmiş külli miqdarda narkotik maddə aşkarlanıb. Yardımlı rayon Polis Şöbəsinin rəis müavini Sahib Səmədov ANS PRESS-ə bildirib ki, əməliyyat məlumatı əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində meşədən 34 kiloqram narkotik vasitə olan həşiş qətranı aşkarlanıb. Narkotik maddə naməlum şəxslər tərəfindən İrandan Azərbaycana keçirilərək meşə zolağında gizlədilib. Narkotik maddəni Azərbaycana gətirən şəxsin İran vətəndaşı olması müəyən edilsə də, hələlik faktla bağlı saxlanılan yoxdur. Faktla bağlı Yardımlı rayon Polis Şöbəsində Azərbaycan Cinayət Məcələsinin 234.4.3-cü (satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb. Anar Məmmədov /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar