SON XƏBƏRLƏR

Dağıstanda 7 azərbaycanlı “nurçu” tutulub

2021.10.20, 07:36
Dağıstanda 7 azərbaycanlı “nurçu” tutulub

Gunaz.tv
Dağıstanda 7 azərbaycanlı “nurçu” tutulub Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə İdarəsi və ekstremizmlə mübarizə idarəsinin əməkdaşları İzberbaş şəhərində Rusiyanın 9, Azərbaycanın 7 və Türkiyənin 1 vətəndaşını həbs ediblər. Lent.az-ın “proUA” agentliyinə istinadən verdiyi məlumata görə, onlar Rusiyada fəaliyyəti 2008-ci ilin avqustundan qadağan edilən “Nurçular” hərəkatı sıralarına adamları cəlb etməklə məşğul olurlarmış. Təhlükəsizlik orqanlarındakı mənbənin bildirdiyinə görə, “Nurçular”ın Rusiya ərazisindəki fəaliyyətini Türkiyənin Bitlis şəhərinin sakini, 44 yaşlı Erdemir Əli İhsan koordinasiya edirmiş. Onun 2009-cu ildə Moskvada, Sankt-Peterburqda, Kalininqradda, Kostromada, Yaroslavlda, Kazanda və Krasnoyarskda olduğu müəyyənləşib. O, bu şəhərlərdə təşkilatın aktiv üzvləri ilə görüşlər keçirərək gələcək fəaliyyət planını müzakirə edib. Axtarış zamanı “Nurçular”ın Dağıstanda fəaliyyətinin təbliğinə xərclənmiş 72 min dolların maliyyə-hesabat sənədləri aşkar edilib. Bundan əlavə, xeyli sayda təbliğat ədəbiyyatı, o cümlədən Rusiya ərazisində qadağan edilən ədəbiyyat tapılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar