SON XƏBƏRLƏR

Metyu Brayza: “Qarabağ problemi bir neçə aya həll edilə bilər”

2021.10.20, 07:36
Metyu Brayza: “Qarabağ problemi bir neçə aya həll edilə bilər”

Gunaz.tv
Metyu Brayza: “Qarabağ problemi bir neçə aya həll edilə bilər” Amerikalı həmsədr buna inandıqlarını bəyan edib “Dağlıq Qarabağ problemini yaxın bir neçə ay ərzində həll etmək mümkündür”. Lent.az-ın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla ATƏT Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza çıxış edib. Brayza İrəvanda jurnalistlərlə görüşündə dəqiq vaxt söyləməyib: “Biz bunun vaxtını dəqiq deyə bilmərik. Amma ümid edirəm ki, yaxın bir neçə ay ərzində bu mümkün ola bilər”. Öz növbəsində fransalı həmsədr Bernar Fasye problemin həllinin ilk növbədə Azərbaycan və Ermənistan prezidentlərindən asılı olduğunu vurğulayıb: “Bundan əvvəl beli bir təsəvvür yaranmışdı ki, ölkə başçıları xalqlarını problemin həllini hazırlamaqda maraqlı deyillər. Amma indi əminik ki, Azərbaycan və Ermənistan prezidentləri xalqlarını xoş qonşuluq münasibətində yaşamağa hazırlamağa hazırdırlar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar