SON XƏBƏRLƏR

Türkiyənin Baş və xarici işlər nazirlərinə sorğu göndərilib

2021.10.20, 07:36
Türkiyənin Baş və xarici işlər nazirlərinə sorğu göndərilib

Gunaz.tv
Türkiyənin Baş və xarici işlər nazirlərinə sorğu göndərilib Millət vəkili Rəcəb Tayyib Ərdoğandan İrəvanda Türkiyə bayrağının yandırılması ilə əlaqədar Ermənistana nota verilib-verilmədiyini soruşub Bu gün Türkiyə Böyük Millət məclisində (TBMM) baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əli Babacan üçün məclis sorğusu qaldırılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Cumhuriyyət Xalq Partiyası (CHP) İzmir millət vəkili Canan Arıtman, baş nazirə istiqamətləndirdiyi sorğuda İrəvanda Türkiyə bayrağının yandırılması ilə əlaqədar Ermənistana nota verilib-verilmədiyini soruşub. Millət vəkilinin sorğusundakı digər sualları isə belədir: Bu hadisə barədə Ermənistana nota veriləcək? Hadisəyə görə Ermənistanın Türkiyədən üzr istəməsi tələb olunub? Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmadan bizə qatil deyənlər üçün sərhəd açılacaq? Ermənistanla münasibətlərin normallaşdırılması üçün niyə qondarma soyqırımına dəstək verən İsveçrə vasitəçi seçilib? Sərhəddin açılmasının ölkəyə gətirəcəyi qazanc və ziyan hesablanıb, ölkə bununla nə qazanacaq, nə itirəcək?” Milliyətçi Hərəkat partiyası (MHP) Mersin millət vəkili Mehmet Şandır isə xarici işlər naziri Əli Babacan üçün qaldırdığı məclis sorğusunda, ermənilər Dağlıq Qarabağdan çəkilmədən sərhəd qapıları açılacaq? sualını verib. Xarici işlər nazirinin yazılı açıqlamasında Dağlıq Qarabağa dair heç nə görmədik. Bu vəziyyət bizi təşvişə salıb. Dağlıq Qarabağ müəyyənləşdirilən yol xəritəsinin harasındadır? Türkiyə və Azərbaycanın bir millət iki dövlət olduğunu diqqətə alsaq, Azərbaycan xalqı və dövləti qəbul edilən razılaşmanın harasındadır? Ermənilər Dağlıq Qarabağdan çəkilmədən sərhədləri açmaq fikriniz var? Ermənistan bizim mövcud dövlət sərhədlərimizi tanımır və soyqırımı iddialarından əl çəkmir. Qəbul edilən razılaşma mətnində bu vəziyyət üçün necə bir həll yolu tapmısınız?” /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar