SON XƏBƏRLƏR

TÜRKİYƏDƏ ERMƏNİSTANLA SƏRHƏD MƏSƏLƏSİNƏ DAİR YENİ TƏKLİF İRƏLİ SÜRÜLÜB

2021.10.20, 07:36
TÜRKİYƏDƏ ERMƏNİSTANLA SƏRHƏD MƏSƏLƏSİNƏ DAİR YENİ TƏKLİF İRƏLİ SÜRÜLÜB

Gunaz.tv
TÜRKİYƏDƏ ERMƏNİSTANLA SƏRHƏD MƏSƏLƏSİNƏ DAİR YENİ TƏKLİF İRƏLİ SÜRÜLÜB Ensar Öğüt Türkiyədə Ermənistanla əlaqələrin qurulmasına dair müzakirələr səngimir. Ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasını (CXP) təmsil edən deputatlardan biri Ermənistanla sərhəd məsələsinə dair yeni təkliflə çıxış edib. CXP-nin Ərdahan vilayətindən seçilən deputatı Ensar Öğüt İğdır yaxınlığındakı Əlican sərhəd qapısının açılmasının Azərbaycanı üzəcəyini deyib və bunun yerinə Ərdahanın Çıldır qəsəbəsindəki Aktaş sərhəd qapısının açılmasını təklif edib. O, Aktaş sərhəd qapısının Gürcüstandakı 33 kilometrlik yolun inşası başa çatmadığı üçün bağlı olduğunu deyib. CXP-çi millət vəkili Azərbaycan hakimiyyətinin də bu varianta isti baxdığını iddia edib: “Bakıda olduğum zaman bu təklifi prezident İlham Əliyevə də söylədim. Əliyev təklifimə müsbət baxdı. Türkiyə Gürcüstana olan Aktaş sərhəd qapısını açsa, ermənilər Gürcüstan üzərindən Türkiyəyə gələ bilərlər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar