SON XƏBƏRLƏR

İran rejiminin qüvvələri tərəfindən öldürülən 4 gənc Azərbaycan türkünün şəxsiyyəti müəyyən edilib

2026.01.24, 12:33
İran rejiminin qüvvələri tərəfindən öldürülən 4 gənc Azərbaycan türkünün şəxsiyyəti müəyyən edilib

Kərəcdə keçirilən xalq etirazları zamanı İran rejiminin qüvvələri tərəfindən öldürülən 4 gənc Azərbaycan türkünün şəxsiyyəti müəyyən edilib.

Gunaz.tv

Xiyav (Meşkin Şəhr) şəhərinin Nurkəndindən olan Məhəmməd Rza Qulivənd, Xiyav şəhərinin Qaraqaya kəndindən olan, 35 yaşlı Əkbər Paşapur və Xiyavın Qaraqəyə kəndindən olan 20 yaşlı Kian Kərimzadə 9 yanvarda Kərəcin Məhəmmədşəhr şəhərində keçirilən etirazlar zamanı İran rejimi qüvvələrinin birbaşa atəşi nəticəsində öldürülüblər.

Xalxaldan olan gənc Azərbaycan türkü Əli Palizban isə Kərəcin Fərdis şəhərində keçirilən etirazlar zamanı rejim qüvvələri tərəfindən qətlə yetirilib.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar