SON XƏBƏRLƏR

Həmədanda kütləvi həbslər: 148 nəfər saxlanılıb

2026.01.25, 14:50
Həmədanda kütləvi həbslər: 148 nəfər saxlanılıb

Gunaz.tv

İranda xalq etirazlarının amansız şəkildə yatırılması fonunda, rejimə bağlı media qurumları Həmədan ostanında genişmiqyaslı həbslərin həyata keçirildiyini açıqlayıb. Hökumətə yaxın “Fars” və “Danışcu” xəbər agentliklərinin məlumatına görə, son etiraz aksiyaları ilə əlaqədar olaraq 148 nəfər saxlanılıb.

Adı çəkilən media orqanları heç bir müstəqil sübut təqdim etmədən saxlanılan şəxsləri “etirazların təşkilatçıları” kimi təqdim edib və onları “əl qumbarası istehsalı və paylanması”, eləcə də İsrail və xarici media şəbəkələri ilə əlaqə kimi ağır təhlükəsizlik ittihamları ilə suçlayıb. Bu tip ittihamlar daha əvvəl də İranın müxtəlif bölgələrində etirazçılara qarşı təkrar-təkrar irəli sürülüb.

Həmədan ostanının Kəşfiyyat İdarəsi eyni zamanda ictimai əmlaka ziyan vurmaqda ittiham olunan üç dörd nəfərlik qrupun saxlanıldığını, eləcə də iki xarici vətəndaşın həbs edildiyini bildirib. Lakin bu iddialar indiyədək heç bir müstəqil mənbə və ya beynəlxalq insan haqları təşkilatı tərəfindən təsdiqlənməyib.

İnsan haqları fəalları qeyd edirlər ki, etirazçılara qarşı ağır təhlükəsizlik ittihamlarının irəli sürülməsi İran İslam Respublikasının xalq etirazlarını boğmaq üçün tətbiq etdiyi sistemli repressiya siyasətinin bir hissəsidir. Xüsusilə vurğulanır ki, bu cür təzyiqlər qeyri-fars bölgələrdə, o cümlədən əhalisinin mühüm hissəsini türklərin təşkil etdiyi Həmədan ostanında, daha sərt şəkildə həyata keçirilir.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar